İki qab yaxud iki paltardan birinin nəcis olmasında şəkk
Məsələ 138: Əgər insan ixtiyarında olan iki qab və ya iki libasdan birinin murdarlandığına əmindirsə və hansı birinin murdarlandığını bilmirsə, hər ikisindən çəkinməlidir. Amma öz libası və ya istifadəsində olan başqa birinə məxsus libaslardan hansı birinin murdarlandığını bilməzsə, onlardan çəkinməməlidir.