Yeməkdə qaynayan xurma, məviz və kişmiş
Məsələ127:Əgər xurma,mövüz və kişmişi yeməklə birlikdə bişirərlərsə və qaynarsa beləki, su onun daxilinə nüfuz edər və daxilindəki su da qaynarsa haram olacaqdır. Amma nəcis olmaz və onları ayırıb yeməyi yemək olar.Bununla belə ayrıca qızardılan və düyü ilə dəmə qoyulan və bunun kimi yerlərdə manesi yoxdur.Xurmanın suyu da yeməyə qarışar,qaynar və aradan gedərsə manesi olmaz.Amma əgər onun miqdarı çox olub qaynayar və aradan getməzsə onu yemək olmaz.