Dinin zəruri məsələlərini rədd etmək
Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yəni bütün müsəlmanların bildiyi (məad və qiyamət gününə etiqad bəsləmək, namaz və orucun vacib olması kimi) mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir. Yox əgər onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.