Müsəlmanın əlində olan ət, dəri, piy, yağ
Məsələ 100: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araşdırma aparmaq lazım deyil. Amma mə’lum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-İslami ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz.