Ayaqyoluna gedərkən məkruh əməllər
Məsələ 85: Sidiyə gedərkən və ya bayıra çıxarkən aşağıdakı hallar bəyənilmir (məkruhdur):1. Meyvə ağaclarının altında oturmaq;2. İnsanların gediş-gəliş məhəllində oturmaq (kimsə görməsə belə);3. Evlərin ətrafında oturmaq;4. Günəş və ayla üzbəüz oturmaq (ayıb yerini örtsə məruh deyil);5. Çox oturmaq;6. Zərurət olmadığı halda danışmaq (amma bütün hallarda Allah zikri yaxşı sayılır) ;7. Ayaq üstə sidiyə getmək;8. Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək;9. Heyvanların yuvasına sidiyə getmək;10. Sidiyi sıçradacaq bərk yerə və külək qarşısında sidiyə getmək.