Küfr ölkələrində işləmək
Müsəlman bir şəxsin küfr və fəsad ölkələrinə mühacirət edib orada işləməsi, öz ixtisasını və fənnini kafirlərin ixtiyarında qoyması caizdirmi?
Müsəlmanların düşünən beyinləri və mütəxəssis insanları İslam ölkələrinə xidmət etməlidirlər. Lakin zəruri hallarda, kafirlərin güclənməsinə və müsəlmanların zəifləməsinə səbəb olmamaq, onların haram adət-ənənələrinin təsiri altına düşməmək şərtilə, bunun eybi yoxdur. Əgər öz sözləri və əməlləri ilə o məntəqələrdə İslam təbliğatçısı ola bilsələr, yaxşı bir iş görmüş olarlar.