Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq
Ata öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.
Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.
Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.
Müxtəlif İslam firqələrinin alimlərinin cüzi bir hissəsi Quranın təhrif olunduğuna etiqad bəslədiklərini nəzərə almaqla (hərçənd təhqiqatçılar heç bir vəchlə Quran təhrifini qəbul etməmişlər) belə şəxslərə irtidad hökmü verilmir. Amma belə bir şəxs böyük bir səhvə yol vermişdir.
Bu etiqad xəta və səhvdir. Ona yol göstərmək lazımdır. Amma küfrə səbəb olmur.
Əgər agahlıqla və qəsdən bunu edirsə, mürtəddir və başqalarına vacibdir ki, ona nəhy əz münkər etsinlər.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
Narkotik maddələrdən istifadə etmək heç bir kəsə caiz deyil. Yalnız onu atmaq istədiyi təqdirdə canı təhlükəyə düşən şəxslər müstəsnadır.
Heç bir əlaməti yoxdursa, onları öz mülkiyyətinə keçirmək olar. Əlaməti varsa və sahibini tapması mümkündürsə, ona qaytarmalıdır. Lakin İslamla müharibədə olan ölkələrdə tapılana sahib çıxmağın bütün hallarda eybi yoxdur.
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.