مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Qəsdən olmadan naməhrəmə baxmaq

Bu günlərdə ictimaiyyət içində bəzənmiş qadınlar çox gözə dəyirlər. Ehtiras və şəhvət məqsədi olmadan onlara baxmaq caizdirmi? Caiz deyilsə, bilməyərəkdən onlara baxmağın hökmü nədir?

Onlara qəsdən olmayan baxışın eybi yoxdur. Belə qadınların küçələrdə çıxması, müsəlman kişilərinin küçələrdə gedib-gəlmələrinə mane ola bilməz, hətta gözlərinin ixtiyarsız olaraq onlara düşəcəyini bilsələr belə.

دسته‌ها: Baxmaq

Borclarda inflyasiyanın hesablanması

Borc və alınacaq pullarda inflyasiya dəyərinin mühasibə olunması sələm sayılırmı?

Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.

دسته‌ها: Riba (sələm)

Azyaşlı uşağa silah verməklə törədilən qətl

Bizim yaşadığımız məntəqədə belə bir adət var ki, hər məhəllənin əhalisi istirahət və müxtəlif bayram günlərində istirahət etmək və təlim görmək üçün güllə atmaq yarışları təşkil edirlər. Təəssüflər olsun ki, bu yarışların birində bir şəxs başqasının “Kalaşnikov” avtomat silahını həddi-buluğa çatmayan bir (12-13 yaşında) oğlan uşağına tapşırır və ətrafda olanlar “silahdan və oğlandan muğayat ol!” – deyə xəbərdarlıq etsələr də, o, tamamilə gözü uşağın üstündə olduğunu deyib, ona təlim verməyə davam edir və “belə et, belə tut” – deyə göstərişlər verir. Oğlan uşağı da onun göstərişləri üzrə əməl edir. Lakin silah ”avtomat” düyməsinin üstündə olduğuna görə uşağın əlindən çıxaraq təlimçiyə dəyir və onu qətlə yetirir. Bu halda:1) Uşağın valideyninin icazəsi olmadan qətlə yetirilmiş təlimçinin bu və ya digər şəkildə silahı ona tapşırmağa ixtiyarı var idimi?2) Qətlə yetirilmiş şəxsin özü öz qətlində köməkçi və yaxud bilavasitə səbəbkar şəxs sayılır, yoxsa həm köməkçi və həm də bilavasitə səbəbkar (və yaxud da heç biri) sayılır? Qətlə yetirilmiş şəxsin diyəsi konkret kimin öhdəsindədir?3) Əgər diyə ”aqilə”nin (oğlanın qohumlarının) üzərinə düşürsə, atanın varlığı ilə digər qohumlara da şamil olurmu? Bundan əlavə diyənin aqilə (qohumlar) arasında hansı formada bölünəcəyini də izah etməyinizi xahiş edirik.

1) Onun belə bir iş görməyə haqqı yox idi. 2) Əgər silahı belə bir uşağa tapşırmaq ürf və cəmiyyət içində təhlükəli iş sayılırsa, təlim edən şəxs bu işi gördüyünə görə məsuliyyət daşıyır və ölən onun özüdürsə, diyəsi yoxdur. Əks halda isə diyə aqilənin öhdəsinə düşür.3) Ehtiyat budur ki, diyəni ödəməkdə ata da iştirak etsin. Amma digərlərinin iştirak etmələri qəti və şübhəsizdir. Diyə məbləğinin onlar arasında bölünməsi onların imkanları əsasındadır. Diyə məbləğini özləri ödəməlidir, ixtilaflı hallarda isə şəri hakimin köməyi ilə öz aralarında bölməlidirlər.

دسته‌ها: Xəsarəti ödəməkAqilə

Bir-birinə bitişik əkizlərin evlənməsi

Bir-birinə bitişmış halda dünyaya gələn iki əkizin evlənmə hökmünü bəyan edin.

Əgər ehtiyata əməl edərək evlənməyə bilsələr və şiddətli məşəqqətə düçar olmasalar, ehtiyat budur ki, evlənmək fikrindən daşınsınlar. Lakin evlənməyə məcburdurlarsa, bu iki qız növbə ilə eyni kişiyə ərə gedə bilərlər. Bu şəkildə ki, kişi onlardan birini öz nikahına keçirsin, talaqdan və iddə bitəndən sonra digərini öz nikahına keçirsin. (Xatırlatmaq lazımdır ki, çoxsaylı talaqlardan irəli gələn problemlərlə üzləşməmək üçün müvəqqəti nikahdan istifadə edə bilərlər.) İki əkiz oğlan barəsində də ehtiyat budur ki, əgər mümkündürsə, evlənməsinlər. Zərurət irəli gələn zaman isə, eyni vaxtda (ikisi üçün) eyni həyat yoldaşını seçmək caiz deyil. Lakin yuxarıda deyilən formada bir qadınla evlənə bilərlər. Hər halda, belə fərdlərin sayı olduqca az olduğuna görə bu şəriət hökmlərinin izahı insanlara təəccüblü gəlsə də, bəhs və mübahisəyə ehtiyac yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی