Dövlət rüsumları ilə zəkatın əlaqəsi
İslam respublikasında vergiləri ödəmək şəri vergilərin əvəzində kifayət edirmi?
Vergi sair iş və qazanc xərcləri kimidir ki, şəri maliyyənin yerini tutmur.
Vergi sair iş və qazanc xərcləri kimidir ki, şəri maliyyənin yerini tutmur.
Dövlətə vacib deyil. Fəqirdirsə özünə də vacib deyil. Amma imkanlıdırsa, ehtiyat budur ki, özü zəkatı ödəsin.
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
İllik xərclərini adi halda təmin edə bilməyən şəxs, fəqirdir.
Qiymət meyarı toxum səpilən gündür. Lakin bizim fitvamıza görə ehtiyat vacibə əsasən, əkin üçün səpilən toxumun qiyməti hasildən kəsr olunmamalıdır. Lakin bu məsələdə başqa müctəhidlərə müraciət edə bilərsiniz.
Onun zəkatı 1/20-dir (5%). Nisab miqdarı isə sair növlərdəki kimi 847 kiloqramdır.
Ənfal hədislərinin zahiri mənası, hətta onların əksəriyyətinin aşkar buyruqları göstərir ki, yer üzündə olan bütün mənfəətlərə şamil olur. Lakin aydındır ki, İslam hakimi və vəliyyi-fəqih müsəlmanların məsləhətlərinə müvafiq olaraq beynəlxalq qanunları nəzərə ala bilər.
Zahir budur ki, belə meşələrdə mülk hökmü qüvvədədir və irs, vəqf, icarə və ... səhihdir. Lakin İslam hökuməti təşkil olunandan və hökumətin icazəsi olmadan meşələrin mülkiyyətə keçirilməsinə hökumət tərəfindən qadağa qoyulduğuna görə bu yöndə tədbir görmək olmaz.
(İllik xərclərdən) artıq gəliri varsa, xümsünü verməlidir.
Dərvişlərin “işriyyə”sinin İslamda əsası yoxdur. İslamda işriyyə yalnız dörd taxıl növünün zəkatına məxsusdur. Bu şərtlə ki, yağış suyu, arx suyu və bu kimi sularla suvarılmış olsun.
Hər vaxt o evdə və ya yeməkdə xüms malı olduğuna yəqini olsa, ondan istifadə etmək caiz deyil. Yalnız şəri hakimdən icazə almaqla bunu edə bilər.
Niyyət kifayət etmir. (Zehindən) xaricdə ayırmaq lazımdır. Və ya xümsü verilmiş pul müəyyən hesabda və xümsü verilməmiş pul digər hesabda olmalıdır.