مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

İmamzadənin torpağında mağaza tikib icarəyə vermək

Cəhromun məscidinin və İsmayıl imamzadəsinin gündəlik işlərinə baxan iki nəfər mömin şəxs öz pulları ilə İmamzadənin istifadə olunmayan qəbiristanlığının bir guşəsində iki mağaza tikmiş və bu mağazaları 20 il müddətində icarə olaraq məntəqənin kooperativ yardım şirkətinin rəhbərlik heyətinin ixtiyarına qoymuş, icarə pulunu isə məscidin və imamzadənin xərcləri üçün nəzərdə tutmuşlar. Hal-hazırda məscidin və imamzadənin şəri nəzarətçisi olmadığını və heç bir vəqfnamənin də mövcud olmadığını nəzərə alsaq, aşağıdakı suallara cavab verin:1) Mağazanın tikilməsi, xüsusilə onun icarəyə verilməsində cameuş-şərait müctəhidin icazəsinə ehtiyac var idimi?2) Baş tutmuş icarə şəri baxımdan etibarlıdırmı?3) İcarə batildirsə, kooperativ şirkətinin məsulları tərəfindən mağazanın boşaldılması və onun anbar, dəftərxana və s. kimi lazımi işlərdə istifadə etmək üçün məscidin münsiflər heyətinə təhvil verilməsi vacibdirmi?4) Onların boşaldılması üçün kooperativ şirkətin məsullarının, ödənilən qiymət və ya ondan artığını, yaxud su və işıq imtiyazını almaq üçün, yaxud da təmir üçün sərf olunan pul vəsaitini almağa haqqları varmı?

1) Əlbəttə, icazəyə ehtiyac var və əgər sözü gedən torpaq sahəsi istifadəsiz idisə, hələlik bu tikintiyə icazə veririk və oranı icarə vermək o halda caizdir ki, imamzadənin və məscidin işləri üçün sözü gedən binaya ehtiyac duyulmasın, icarə pulu da məscid və imamzadə üçün xərclənsin. 2) İcarə ədalətli olsa, məscidin və imamzadənin sözü gedən binaya ehtiyacı olmasa, səhihdir. 3) Yuxarıdakı cavabdan məlum oldu.4) Onlar artıq olmamaq şərti ilə yalnız orada xərclədiklərini ala bilərlər.

دسته‌ها: Vəqf

Ərin narkoman olmasını başa düşmək

Əgər qadın əqddən sonra ərinin narkoman olduğunu başa düşsə, əqdi fəsx edə bilərmi? Mehriyyənin hökmü necə olacaqdır?

Əgər qadın əqd zamanı şərt etsə ki, əri məsələn, səfərə getsə, narkotik maddələrə adət etsə və ya onun xərcliyini verməsə, talağın ixtiyarı qadının öz əlində olsun, belə şərt batildir. Lakin şərt etsə ki, o, əri tərəfindən vəkil olsun ki, hər zaman bu işləri görsə, özünə talaq versin, bu vəkalət səhihdir və bu şəkildə özünə talaq verə bilər.

Həyat yoldaşının cismi və ruhi cəhətdən sağlam olmaması

Əgər tədlis (saxtakarlıq) edən şəxs qadının özü olsa və ər eyib olduğunu başa düşəndən sonra nikahı fəsx etsə, belə ki, sözü gedən tərəfin, ruhi xəstəliyi, baş gicəllənməsi, qusması, qıcolması, kobud rəftarı və əlacı olmayan ruhi xəstəliklərdən yaranan qeyri-adi halları varsa, mütəxəssis həkimlər və gözlə görənlər bunu təsdiq etsələr, bu fəsx səhihdirmi?

Əgər gəlin və onun adamları elə göstərsələr ki, guya qız sağlamdır və həqiqətdə qızın sağlamlığı əqdin daxilində olan şərt şəklini alsa, sonradan bunun əksi aşkara çıxsa, ərin nikahı fəsx etməyə haqqı var. Əgər duxul etməyibsə, qadın üçün heç bir mehriyyə yoxdur. Amma eyibi başa düşməzdən öncə duxul edibsə, mehriyyənin hamısı ona lazımdır (vacibdir) və onu (mehriyyəni) tədlis edən şəxsdən ala bilər. Əgər tədlis edən qadının özüdürsə, mehriyyəsi yoxdur.

Kişinin cinsi acizliyi

Əgər bir kişinin evlənməzdən öncə cinsi acizliyi olsa və qadın toy mərasimindən sonra bunu başa düşsə, lakin dərhal nikahı pozmasa və ərindən ayrılmasa, bu halda qadın talaqsız ərə gedə bilərmi?

Belə hallarda qadın şəri hakimə müraciət etməlidir, hakim kişiyə bir il möhlət verir. Əgər sağalsa, nikah öz qüvvəsindədir. Əks halda qadın nikahı fəsx edə bilər və talağa da ehtiyac yoxdur. Kişi bundan (fəsxdən) sonra sağalsa belə, yeni nikah oxunmadan o qadına qayıtması mümkün deyil.

Bəkarətin olmadığı təqdirdə mehriyyənin miqdarı

Əgər kürəkən bəkarətin olmamağı üzündən nikahı fəsx etsə, mehriyyədən nə qədərini ödəməlidir? Bu işdə tədlis olarsa, onu kimdən almağa haqqı var?

Bakirəlik və ya hər bir kamal və qüsursuzluq şərt olunduğu halda – istər əqddə qeyd olunmuş olsun, istərsə də əqddən öncə – əgər bunun əksi sübuta yetərsə, fəsx hüququ vardır. Əgər duxul (yaxınlıq) baş verməyibsə, mehriyyə bütövlükdə götürülür və əgər baş veribsə mehrul-müsəmma (yəni onun kimi eyibsiz qadının adi mehriyyəsi) ödənilir, sonra tədlis edən şəxsdən alır.

دسته‌ها: Mehriyyə

Bəkarətin olmadığı təqdirdə nikahı pozmaq

Qızda bəkarətin olmamağı, nikahı fəsx etməyin caizliyinə səbəb olurmu? Fəsxin mənası nədir?

Əgər (əqddə) bakirəliyi şərt etmişdirsə, fəsx hüququ vardır və adətən bizim ictimai mühitdə bakirəlik şərti, nikahın daxilində olan şərt kimidir ki, əvvəlcədən bu barədə razılaşma əldə edilmişdir. Fəsxin mənası isə budur ki, desin: “Mən əqdi fəsx etdim və ya pozdum”. Hər dillə deyilsə kifayətdir.

Spid xəstəliyi

Kişi və qadının hər birində spid xəstəliyinin olmasını, nikah əqdini talaqsız pozmağın mümkün olduğu eyiblərdən biri bilirsinizmi?

Əgər mütəxəssis şəxslərin şahidliyi ilə bu xəstəlik yoluxmaya və təhlükəyə səbəb olacaq bir mərhələdədirsə və ər arvadına talaq verməyə razı deyilsə, qadın öz talağını şəri hakim vasitəsilə ala bilər. Kişi də belə hallarda qadına talaq verə bilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی