مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Cehiz almaq üçün kürəkəndən alınan pul

Qızın atasının kürəkəndən qızının cehizi adı ilə aldığı pul cehiz xərclərindən artıq gələrsə, qızın atasına halaldırmı?

Əgər sözü gedən pulu nikah əqdinin daxilində şərt olaraq ata üçün nəzərdə tutsalar, artıq qalan məbləğdə pul ona halaldır. Əgər bu pulu qızın adına yazsalar və mehriyənin bir hissəsi olsa, qızına çatmalıdır.

Pulun pulla müamiləsi

Pulun pulla müamiləsinin hökmü nədir?

Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.

دسته‌ها: Riba (sələm)

Polis məmurunun müttəhimlərə atəş açması

Polis məmuru ittiham olunmuş şəxsi təqib edərkən ona tərəf atəş açsa və müttəhim şəxs güllə yarasından həyatını itirsə, bu, qəsdən adamöldürmə sayılır, yoxsa ehtiyatsızlıq üzündən adamöldürmə? Hadisənin hökmü necədir?

Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər:1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur.3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.

Müttəhimdən ifadə almaq üçün işgəncə

Polis şöbəsi bir neçə nəfəri oğurluqda şübhəli bilərək saxlamışdır. Əksər hallarda onlardan adi şəkildə və kötək vurmadan sual olunsa, heç nəyi boyunlarına almır və öz həmkarlarının adlarını vermirlər. Nəticədə ayrı-ayrı şəxslərin maşın, xalça kimi əmlakları oğruların əlində qalır. Amma şallaq və kötək olsa, öz oğurluqlarını əksər hallarda boyunlarına alır və öz yoldaşlarının da adlarını verirlər. Bu idarə işçiləri şəriət baxımından məsul olmamaq üçün nə etməlidirlər?

Cinayətini şərən sübuta yetirməmiş heç bir müttəhimi cəzalandırmaq olmaz. Yalnız iki surətdə bu mümkündür:1) Öz iqrar və etirafına görə sahibinin icazəsi olmadan evə girmək, avtomobilin qapısını açmaq və ya əxlaqsızlıqla məşğul olmaq kimi günahları sübuta yetən, habelə cəza dəlillərinə şamil olan hallarda. Belə hallarda onu bu ünvanla cəzalandırmaq və ondan bildiklərini açıqlamağı tələb etmək olar.2) İslam hökuməti və ya İslamın varlığına, habelə müsəlmanların can və qanlarına geniş miqyasda aid olan böyük əhəmiyyətə malik məsələlər gündəmə çəkilən, nəticədə “mühüm və daha mühüm” qaydasını əsas tutaraq belə cəza növlərini tətbiqi mümkün olan yerlərdə. Bundan əlavə müasir zamanda dünyada elə metodlar kəşf olunmuşdur ki, müstəntiq müttəhimə əzab-əziyyət vermədən məlumatları ondan ala bilir.

دسته‌ها: İqrarın hökmləri

Peyk antenasının faydalı proqramlarından istifadə etmək

Peyk antena vasitəsilə yayımlanan və bəzi yaxşı verilişləri də olan proqramlara tamaşa etməyin hökmü nədir.

Belə verilişlərdən istifadə etmək caiz deyil. Zahirdə yaxşı və zərərsiz olan bu verilişlər əxlaqsız verilişlərə sövq edən bir vasitədir. Buna görə də müsəlmanlar İslam düşmənlərinin müsəlmanlar arasında fəsad yaymaq üçün mövcud hiylələrindən qafil olmamalıdırlar.

دسته‌ها: Peyk antenası
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی