Müctəhidin müxtəlif elmlərə yiyələnməsi
Əgər bir fəqih fiqh və üsuldan başqa elmlərə yiyələnərsə, bu iş təqlid məqamında ona üstünlük verməyə səbəb ola bilərmi?
Fiqh və üsuldan başqa digər elmlərə sahib olmaq – bu elmlərin hökmlərin qavranmasında və mövzuların düzgün anlamında təsiri olan hallar istisna olmaqla – bir fəqihə digərindən üstünlük verilməsinə səbəb olmur.