Ölümlə nəticələnən yol qəzasında azyaşlının diyəsi
Bir gün atam, anam və ailəmizin digər üzvləri səfərə gedərkən xalam oğlunu da ata-anasının icazəsi ilə özləri ilə apardılar. Səfər əsnasında qəza baş verir və maşında olan bütün sərnişinlər, o cümlədən xalam oğlu vəfat edir. Sığorta idarəsi hadisədə dünyasını dəyişmiş fərdlərin hamısı üçün nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Sualımız budur: Xalam oğlunun ata-anasının valideynlərimin varislərindən diyə tələb etməyə haqları varmı?
Əgər atası icazə vermişdirsə, sizin ata və ananızın öhdəsində heç bir məsuliyyət (diyə) yoxdur.