Əzadarlıqda təbil və sincdən istifadə etmək
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Belə bir nəzir səhih deyil. Çünki, nəzirdə əməlin rüchanı (üstün, bəyənilən və xeyirxah olması) şərtdir. Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil. Əgər bu əməlin rüchanını fərz etsək belə, başqası barəsində nəzir etmək səhih deyil.
Pulu onların şəri cəhətdən qanuni (caiz) olan işlərinin müqabilində versinlər və qanunsuz işlərinə görə onları nəhy əz münkər etsinlər.
Hüseynçi adət-ənənələrə, şüarlara təzim etmək qürbətlərin (Allaha yaxınlaşma yollarının) ən yaxşılarındandır və (bunun üçün) hər ağlabatan vasitələrdən istifadə etmək olar. Təbildən istifadə etmək fəsad məclislərinə uyğun olan musiqilərdən olmasa, eybi yoxdur.
Şəbihgərdanlıq yalanla və ləhv alətlərlə yanaşı olmasa və Hüseyn ibn Əlinin(ə) və digər şəhidlərin yüksək məqamlarına hörmətsizlik olmasa, eybi yoxdur. Ehtiyat budur ki, kişilər qadın libası geyinməsinlər.
Ehtiyat budur ki, bu qoyunlardan matəm mərasimində iştirak edənlərə yemək hazırlamaq üçün istifadə olunsun. Yalnız nəzir edənlərin başqa hədəfləri olduğu məlum olan hal istisnadır (onların nəzir etdikləri istiqamətdə sərf edilməlidir).
Müqəddəs qayda (şüar) və mərasimlərə təzim məqsədilə olsa, üstün əməl sayılır.
Ali-əbanın beşincisi olan Həzrət İmam Hüseynin (ə) əzadarlıq mərasimi dinin güclənməsi üçün mühüm amillərdəndir. Lakin onu əzadarların əzab-əziyyətə düşməsinə və şəxsiyyətli insanlara hörmətsizlik olunmasına səbəb olan bu kimi yanlış əməl və işlərlə ləkələmək olmaz.
Qeyd etdiyiniz halda daha astadan və ya nəğmədən istifadə etmədən oxumalıdır.
Əzadarlığın ən yaxşı üsulu, böyük, əzəmətli mərasim qurmaq və İmam Hüseynin (ə) müqəddəs hədəflərindən, Kərbəla tarixindən söz açıb onun müxtəlif hissələrini təhlil etmək, matəm mərasimləri qurmaq, habelə əzəmətli əzadar dəstələri təşkil edib xalqı oyadan şüarlardan istifadə etmək, dəqiq və zəngin məlumatlarla dolu kitabçalar yaymaq və Seyyidüş-şühədanın (ə) əzadarlığının hədəflərinə aydınlıq gətirən, cəlb edici şüar və plakatlardan istifadə etmək və s. dən ibarətdir.
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Belə bir şəraitdə lazımdır ki, Əhli-beyt (ə) davamçıları və Hüseyn (ə) məktəbinin aşiqləri bu mərasimləri sual altına alacaq hər bir işdən çəkinsinlər və onun yerinə elə mərasimlər qursunlar ki, Hüseynçi hədəflərə hər şeydən artıq aydınlıq gətirsin. Əgər keçmişdə görkəmli fəqihlərin bir hissəsi öz zamanlarında bir çox dəlillərə görə bu işlərin bəzisinə icazə vermişlərsə, bizim zamanımızda olsaydılar, şübhəsiz, başqa bir nəzərdə olardılar. Allah taala bizim hamımızı o böyük və fədakar şəxsiyyətlərin qoyduqları məktəbin davamçılarından etsin!