مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Ərin öz arvadının bağışladığına qayıtmasından xəbərsiz olması

Mən yüz ədəd “Bahari azadi” qızıl sikkəsini bağışlamaqla ərimdən xül’i talaq aldım. İddə dövründə dəftərxana müdirinə yazılı şəkildə öz bağışladığıma döndüyümü (bağışladığım sikkələri geri almaq istədiyimi) bildirdim. Lakin indi başa düşmüşəm ki, dəftərxana müdiri unutqanlıq üzündən mənim qanuni dönüşümü dəftərdə qeyd etməmişdir. Dönüşün hökmü nədir? Mənim mehriyyə almağa haqqım varmı?

İddə zamanı öz bağışladığınız məbləğə dönmüş və bu barədə ərinizə məlumat vermişsinizsə, öz bağışladığınızı geri almağa haqqınız var. Əgər iddə sona çatana kimi ona məlumat verməmişsinizsə, kifayət deyil (geri almağa haqqınız yoxdur). Dəftərxana müdiri bu işi öhdəsinə götürmüş və işinə laqeyd və məsuliyyətsiz yanaşmışdırsa, zamindir.

دسته‌ها: Xül’ talağı

Yaxınlığa razı olmayan qadının talağı

Mənim həyat yoldaşın İslam hökmlərinə qarşı laqeyddir və yaxınlıq etməyə razı olmur. Hal-hazırda o bakirədir. Mən ona talaq verə bilərəmmi? Onun talağı hansı növdəndir və mehriyyəsinin hökmü necədir?

Yaxşı olar ki, bir müddət ona qarşı səbir və təmkinlə yanaşasınız, ona öyüd-nəsihət verəsiniz və mehr-məhəbbətinizi ona göstərəsiniz. Bəlkə bu yolla onun rəftar və davranışı dəyişdi və iş talaqla nəticələnmədi. Vacib və haram olmayan əməllərlə bağlı çox da tələbkarlıq etməyin. Müsbət nəticə əldə etməsəniz, ondan ayrıla bilərsiniz. Yazdığınız kimi bu qadın naşizə (inadkar, sözə baxmayan) və bakirədirsə, nəfəqə almaq haqqı yoxdur. Əgər talaq almaq istəsə, talağı xül’idir: mehriyyəni və bu kimi bir şey bağışlamaqdan başqa, habelə, ərin razılığından başqa yolla mümkün olan deyil.

دسته‌ها: Xül’ talağı
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی