Məscidin bir hissəsinin mədəni-maarif işlərinə ayrılması
Üç mərtəbəli məscidin üçüncü mərtəbəsindən mübarək Ramazan ayını və buna bənzər günləri istisna etsək, namaz üçün o qədər də istifadə olunmur. Bu halda bu məscidin üçüncü mərtəbəsini hissələrə bölüb hər hissəni ayrı-ayrı mədəni-maarif sahələrinə (məsələn, Quran evi, tələbələrin tədqiqat və mütaliə mərkəzi və s.) ayırmaq olarmı?
Səyyar (qeyri-sabit) avadanlıq vasitəsilə hissələrə bölünsə ki, namaz üçün lazım olan hallarda yerini dəyişmək mümkün olsun, habelə dini fəaliyyətlər üçün nəzərdə tutularsa, maneəsi yoxdur.