İstifadəyə yararsız olan məscidlərin hökmü
Yol üstündə yerləşdiyindən xarabalığa çevrilən, habelə çöllüklərdə, əhalisi köçmüş kəndlərdə yerləşən və heç bir şəkildə namaz üçün istifadə etmək mümkün olmayan, bəzən də nəcis heyvanların toplaşdığı yerə və çirklənmiş əraziyə çevrilmiş məscidlərin hökmü necədir?
Yol üstündə yerləşən və qaytarılmasına ümid qalmayan məscidlərin barəsində həm məscid olma hökmü, həm də vəqf olma hökmü aradan gedir. Bunu edən şəxs o məscidin qiymətini başqa məscidin inşasına, yaxud sair məscidlərin təmirinə xərcləməlidir. Həqiqətdə bu iş malın eynini tələf etmək kimidir. Lakin çox ciddi, fövqəladə zərurət olmasa, məscidi sökmək əsla caiz deyil. Çöllüklərdə, əhalisi köçmüş kəndlərdə yerləşən məscidlər barəsində isə, (demək lazımdır ki,) onları elə bir şəkildə qorumaq lazımdır ki, onlara qarşı hörmətsizlik olmasın.