Qadının anası və nənəsi ilə evlənmək
Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.