Dəstəmaz aldıqdan sonra sahibi olmadığını dərk etmək
Məsələ 293: Əgər bir şəxs suyu öz malı bilib dəstəmaz alarsa və sonradan suyun başqa birinə məxsus olduğunu anlayarsa, aldığı dəstəmaz düzgündür, amma suyun qiymətini sahibinə ödəməlidir.
Məsələ 293: Əgər bir şəxs suyu öz malı bilib dəstəmaz alarsa və sonradan suyun başqa birinə məxsus olduğunu anlayarsa, aldığı dəstəmaz düzgündür, amma suyun qiymətini sahibinə ödəməlidir.
Məsələ 294: 4. (Dördüncü şərt) dəstəmaz alınan qab vacib ehtiyata əsasən, qızıl və gümüşdən olmamalıdır.
Məsələ 295: Dəstəmaz suyu qəsbi və ya qızıl-gümüş qabda olarsa və başqa bir su əldə etmək mümkün olmazsa, təyəmmüm etmək lazımdır. Bu qəbil qablarla alınan dəstəmaza irad var. Həmin qablarla irtimasi və ya qeyri-irtimasi dəstəmaz alınmasının fərqi yoxdur. Amma qızıl və ya gümüş qabda olan suyu başqa bir qaba töküb dəstəmaz almaq olar.
Məsələ 296: İnsan bir kərpic və ya bir daşı qəsbi olan hovuzda dəstəmaz alarsa, dəstəmazla qəsbə qatılmış sayılsa bu dəstəmaza irad var. Su kranı və ya su borusunun bir hissəsi qəsbi olduqda da belədir.
Məsələ 297: Əgər imam və imamzadələrin öncə qəbristan olmuş həyətində hovuz və ya arx düzəldilərsə, insan həmin yerin qəbristana vəqf olunduğunu bilməsə həmin hovuz və arxda dəstəmaz ala bilər.
Məsələ 298: 5. (Beşinci şərt) Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak olmalıdır. Amma bir üzvə dəstəmaz aldıqdan sonra həmin üzv murdarlanırsa, dəstəmaz düzgündür.
Məsələ 299: Dəstəmaz üzvlərindən başqa bir üzv murdarlandıqda bunun dəstəmaza tə’siri yoxdur. Amma müstəhəb ehtiyata əsasən, dəstəmazdan öncə sidik və nəcis çıxacağı paklanmalıdır.
Məsələ 300: Əgər dəstəmazdan öncə murdar olmuş dəstəmaz üzvünün paklanıb-paklanmadığına dəstəmazdan sonra şəkk edilərsə, dəstəmaz düzgündür. Amma namaz üçün onu suya çəkmək lazımdır. Həmin üzvə toxunmuş şey də paklanmalıdır.
Məsələ 301: Əgər üzdə və qollarda qanı kəsilməyən kəsik varsa və su ona zərərli deyilsə, həmin yeri kürr və ya axar suya batırmaq, ya da su kəmərindən gələn suyun altına tutmaq lazımdır. Onu o qədər sıxmaq lazımdır ki, qanı kəsilsin. Sonra isə öncə deyildiyi şəkildə irtimasi dəstəmaz almaq lazımdır. Amma su həmin kəsiyə zərərli olduqda qaydası sonradan deyiləcək cəbirə dəstəmazı alınmalıdır.
Məsələ 302: 6. (Altıncı şərt) Dəstəmaz və namaz üçün yetərincə vaxt olmalıdır. Əgər vaxt o qədər azsa ki, dəstəmaz alındıqda bütün namaz və ya onun bir hissəsi vaxtında qılınmayacaq, dəstəmaz əvəzinə təyəmmüm edilməlidir.
Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batil deyildir. Amma xilaf iş görmüşdür.
Məsələ 304: 7. (Yeddinci şərt) İnsan Allaha yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Riyakarlıqla, özünü göstərmək məqsədilə, ya da sərinləşmək üçün alınan dəstəmaz batildir. Amma Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz alan şəxs sərinləşəcəyini bilərsə bunun eybi yoxdur.