İmamın namazı sona çatandan sonra namaz niyyəti
Məsələ 1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
Məsələ 1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt vacib ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və mustəhəb ehtiyata əsasən imamla təşəhhüdü söyləsin.Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə vacib ehtiyat budur ki, səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.
Məsələ 1273: Mə’mum öz niyyətində imamı müəyyənləşdirməlidir. Amma imamın adını bilmək vacib deyil. Əgər qarşıda dayanmış zəruri şərtlərə malik imama iqtida etmək niyyət edilərsə kifayatdir.
Məsələ 1274: Mə’mum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Həmd-surə o zaman öhdədən götürülür ki, mə’mum birinci və ikinci rəkətlərdə imamla namaz qılsın. Amma üçüncü və dördüncü rəkətlərdə imamın qiyam vəziyyətində ona iqtida edən şəxs Həmd-surəni özü deməlidir.
Məsələ 1275: Əgər mə’mum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.
Məsələ 1276: Əgər mə’mum imamın Həmd-surəsinin bə’zi kəlmələrini və ya aydın olmayan şəkildə səsini eşidərsə, vacib ehtiyata əsasən, Həmd-surə deməsin.
Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə vacib ehtiyata əsasən Həmd-surə oxumamalıdır.
Məsələ 1278: Mə’mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Amma digər zikrləri öncə deməsinin eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, imamın səsini eşitdiyi halda ondan öncə deməsin.
Məsələ 1279: Mə’mum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər mə’mum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.
Məsələ 1281: Əgər səhvən rüku və ya səcdədən qalxarsa və təkrar qayıdışda imama çatmayacağını düşünüb rüku və səcdəyə getməzsə namazı düzgündür.
Məsələ 1282: Əgər mə’mum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.
Məsələ 1283: Mə’mum geri qayıtmalı olduğu hallarda bilərəkdən qayıtmasa, namazına irad var.