مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 308Doqquzuncu şərt, muvalat

Dəstəmazda muvalatı gözləmək lazımdır

Məsələ 308: 9. (Doqquzuncu şərt) Dəstəmazdakı əməllər elə yerinə yetirilməlidir ki, onların ardıcıl yerinə yetirildiyi deyilsin. Belə etsə dəstəmaz düzgündür. Havanın istiliyi və külək dəstəmaz üzvünü qurutsa da dəstəmaz düzgündür. Məsələn, sağ qolunu yuduğu vaxt üzü quruyarsa, dəstəmaz düzgündür. Amma dəstəmaz əməllərini fasilə ilə yerinə yetirərsə dəstəmaz üzvləri havanın soyuqluğuna görə qurumasa belə dəstəmazı batildir.

مسئله شماره 310Onuncu şərt, mübaşirət

Mübaşirət nə deməkdir

Məsələ 310: 10. (Onuncu şərt) İnsan üzünü və qollarını özü yumalı, başına və ayaqlarına özü məsh çəkməlidir. Bu şərt “mübaşirət” adlanır. Əgər insan üçün bir başqası dəstəmaz alarsa, suyun üzə və qollara çatdırılmasında, başa və ayaqlara məsh çəkilməsində başqa birisi kömək edərsə dəstəmaz batildir. Amma dəstəmaza hazırlıqda kömək etməyin eybi yoxdur.

مسئله شماره 311Onuncu şərt, mübaşirət

Şəxsən dəstəmaz almağa qadir olmayanlar

Məsələ 311: Özü dəstəmaz almağa qadir olmayan şəxs bir başqasının köməyindən istifadə etməlidir. Dəstəmaza kömək edən şəxs muzd istəsə güc çatarsa muzd verilməlidir. Amma insan dəstəmazın niyyətini özü etməli, öz əli ilə məsh çəkməlidir. Əgər özü bu işi bacarmasa, bir başqası onun əlindən tutub məsh yerinə çəkməlidir. Bu da mümkün olmasa, şəxsin əlindəki rütubətdən götürüb həmin rütubətlə başına və ayağına məsh çəkmək lazımdır. Amma belə bir vəziyyətdə vacib ehtiyat budur ki, təyəmmüm də etsin.

مسئله شماره 313On birinci şərt, suyun ziyanı olmasın

Suyun ziyanı olan insanlar

Məsələ 313: 11. (On birinci şərt) Sudan istifadədə hər hansı bir maneə olmamalıdır. Əgər dəstəmaz alan şəxs suyun zərərindən qorxarsa və ya sudan dəstəmaz üçün istifadə edəcəyi təqdirdə susuz qalacağından ehtiyatlanarsa, təyəmmüm etməlidir.

مسئله شماره 317On ikinci şərt, maneə olmamalıdır

Dırnaqların altındakı çirk

Məsələ 317: Əgər dırnağın altında azca çirk olarsa, onun dəstəmaza maneçiliyi yoxdur. Amma onu təmizləmək daha yaxşıdır; dırnağı tutsa, suyun bədənə çatmasına mane olan çirki təmizləməlidir. Əgər dırnaq adi həddən uzun olarsa dırnağın altında dəstəmaza mane olan çirk təmizlənməlidir.

مسئله شماره 318On ikinci şərt, maneə olmamalıdır

Dəstəmaz üzvlərində suluq

Məsələ 318: Yanma və ya başqa bir səbəbdən dəstəmaz üzvlərində suluq kimi qabarıqlıq yaranarsa onu yumaq və üzərindən məsh çəkmək bəs edər. Həmin suluq deşildikdə suyu onun altında dəriyə çatdırmaq lazım deyil. Amma dərinin bir hissəsi qopduqda və qalxıb-yatdıqda suyu onun altına çatdırmaq lazımdır. Bir şərtlə ki, bu işin zərəri olmasın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی