Qeyri-müsəlman ölkələrindən idxal olunan məhsullar
Məsələ 101: Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar.
Məsələ 101: Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar.
Məsələ 102: İnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır. Amma balığ və ilan kimi atıcı qanı olmayan heyvanların, eləcə də ağcaqanadın qanı pakdır.
Məsələ 103: Əti halal olan heyvanın başını şəriət qaydasınca kəssələr və onun qanı adi həddə axıb getsə, bədəndə qalan qan pakdır. Amma əgər başını kəsən zaman heyvanın başını bədənindən hündür yerə qoyduqları üçün və ya heyvanın nəfəs çəkməsi səbəbindən qan geri qayıtsa, vacib ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır.
Məsələ 104: Toyuqun yumurtasındakı qanı götürüb atsalar kifayət edər qalanı pak və halaldır. Lakin aradan itib getməsi üçün bilərəkdən qarışdırsalar onu yeməyin eybi var.
Məsələ 105: Daha yaxşı budur ki, südün daxilində görünən və sonradan qarışaraq aradan gedən qan damarcıqlarından çəkinilsin. Baxmayaraq ki,haram və nəcis deyildir.
Məsələ 106: Əgər damaqdan və ya ağızın başqa bir hissəsindən çıxan qan ağız suyunda həll olub itərsə, pakdır. Bu halda ağız suyunu udmaq da olar. Amma bu iş bilərəkdən görülməməlidir.
Məsələ 107: Əgər dəri və dırnaq əzildikdə onların altında qan ölərsə və artıq onu qan saymazlarsa, pakdır. Amma onu yenə qan adlandırarlarsa, dərinin və dırnağın altında olduğu vaxt dəstəmaz və qüsl üçün mane yaratmır. Əgər qan toplanan yer deşilərsə ciddi bir zərər və əziyyət olmadıqda onu çıxarmaq lazımdır. Qanı çıxarmaq ciddi əziyyətə səbəb olduqda dəstəmaz və qüsl üçün onun ətrafını yuyub üzərinə parça qoymaq, parçanın üzərindən əli yaş halda çəkmək lazımdır. Ehtiyat müstəhəb budur ki, təyəmmüm də edilsin.
Məsələ 108: Əgər insan dərinin altındakı qara ləkənin ölü qan və ya əzilmiş ət olduğunu bilməsə, həmin ləkə pak sayılır.
Məsələ 109:Dərinin cızılması səbəbindən yaranan və ya yaranın ətrafında görünən sarımtıl suyun qan və ya qana qatışıq olması mə’lum deyilsə, o su pakdır.
Məsələ 110: Yara yuyulduqdan və ya sağaldıqı zaman görünən qırmızı rəngli dəri pakdır. Yalnız onda qan olduğuna əminlik varsa, pak sayılmaz.
Məsələ 111. Adi (suda yaşamayan) it və donuz murdardır. Onların hətta tükü, pəncəsi, dırnağı və rütubəti murdardır. Amma su iti və dəniz donuzu pakdır.
Məsələ 112: Bu iki murdar heyvandan, yə’ni it və donuzdan doğulan heyvan eləcə də, onlardan başqa bir heyvanla cütləşməsindən doğulan bala it və donuz adlanmazsa pakdır.