مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 821Namaz qılmaq məkruh olan yerlər

Bir neçə yerdə namaz qılmaq məkruhdur

Məsələ 821: Yaxşı olar ki, bir neçə yerdə namaz qılınmasın: Hamam, şoran torpaq, oturmuş və ya dayanmış insanın qarşısında, açıq qapının qarşısında, yollarda, get-gələ mane olacaq təqdirdə küçələrin kənarında. Əgər küçənin kənarında namaz qılınması insanlara əziyyət yaradarsa bu iş haramdır. Eləcə də od qarşısında, çıraq önündə, mətbəxdə, od kürəsi olan yerdə, quyu qarşısında, kanalizasiya axan quyu qabağında, ruhu olan əkslərlə üzbəüz namaz qılmamaq daha yaxşıdır. Amma bu əkslərin önündə pərdə olarsa eybi yoxdur. Namaz qılanla üz bəüz olmasa da əks olan yerdə, qəbirlərin önündə, qəbir üstündə, qəbristanlıqda, cənabətli şəxs olan otaqda namaz qılmamaq yaxşıdır.

مسئله شماره 823Məscidi murdarlamaq

Məscidi murdarlamağın haramlığı

Məsələ 823: Məscidi murdarlamaq haramdır. Məscidin yerinin, tavanının, damının, divarının iç tərəfinin murdarlanması bu qəbildəndir. Vacib ehtiyat budur ki, məscidin divarının çöl tərəfi də murdarlanmasın. Amma əgər divarın çölü vəqfdən sayılmazsa eybi yoxdur.

مسئله شماره 827Məscidi murdarlamaq

Qəsb olunmuş məscidi murdarlamaq

Məsələ 827: Əgər məscid qəsb olunsa və ya məscid görkəmindən çıxarılsa, hətta ona məscid deyilməsə, yenə də oranı murdarlamaq ehtiyata əsasən haramdır və murdarlanmış yeri paklamaq lazımdır.

مسئله شماره 828Məscidi murdarlamaq

Məsumların

Məsələ 828: Peyğəmbər və mə’sum imamların hərəmini bulaşdırmaq hörmətsizlik sayılarsa, bu iş haramdır. Belə bir halda oranı təmizləmək vacibdir. Hətta hörmətsizlik olmazsa, ehtiyat vacib budur ki, həmin yer təmizlənsin.

مسئله شماره 829Məscidi murdarlamaq

Məscid xalçasını murdarlamaq

Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)

مسئله شماره 830Məscidi murdarlamaq

Nəcasətin özünü məscidə salmaq

Məsələ 830: Məscidə qan və sidik kimi murdar şeylər daxil etmək haramdır. Vacib ehtiyata əsasən, bu iş hörmətsizlik sayılmasa belə yol verilməzdir. Amma bir şəxsin libasında və ya bədənində, eləcə də bir körpənin libasından məscidə daxil edilən cüzi murdarlığın eybi yoxdur. Amma murdarlanmış bir şeyi (Məsələn, libası) hörmətsizlik sayılmayacağı halda, eləcə də məscidin bulaşmasına səbəb olmadığı təqdirdə məscidə daxil etmək haram deyil .

مسئله شماره 824Məscidi təmizləmək

Məscidi paklamağın vacibliyi

Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək hər bir şəxsə kifayi vacibdir. Yə’ni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی