Yeməkdə qaynayan kişmiş və xurma
Məsələ 218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.
Məsələ 218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.
Məsələ 219: Üzüm suyu odda qaynasa murdar olmaz. Amma onu yemək haramdır. Amma qaynadığı vaxt üçdə ikisi azalarsa və üçdə biri qalarsa halal olar. Əgər öz-özünə qaynayıb məstedici olarsa, həm murdar, həm də haramdır. Bu maye yalnız sirkəyə çevrilməklə pak və halal olur.
Məsələ 220: Əgər qora salxımında üzüm gilələri olarsa və su bütün salxımı əhatə edərsə, ona “abqura” deyərlər və bu maye qaynamaqla murdar və haram olmaz.
Məsələ 221: Əgər bir şeyin qora və üzüm olması mə’lum deyilsə, odda qaynadıqda haram olmaz.
Məsələ 222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan şirə pak və halaldır, axtarışa ehtiyac yoxdur.
Məsələ 223: Əgər insanın və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı olmayan heyvanın bədəninə köçərsə və həmin heyvanın qanı sayılarsa pakdır. Bu proses köçürmə (“intiqal”) adlanır. Bu əsasla, ağcaqanadın bədənindən sayılan qan insandan götürülsə belə pakdır. Amma zəlinin insandan sovurduğu qan pak deyil. Çünki bu qan onun bədənindən sayılmır.
Məsələ 224: Əgər ağcaqanaddan çıxan qanın yenicə sorulduğu və ya öz bədənindən olduğu mə’lum deyilsə, pakdır. Amma qan nə qədər ki, ağcaqanadın öz bədənindən sayılmır, murdardır.
Məsələ 225: Murdarlar haqqında danışarkən qeyd etdik ki, vacib ehtiyata əsasən, kafirdən çəkinmək lazımdır. Əgər kafir şəhadət kəlmələrini söyləsə (“Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”) müsəlman olar və bədəni paklanar. Amma bədənində murdarın əsli olarsa, onu təmizləyib yerini suya çəkməlidir. İslamı qəbul etməzdən qabaq bədənindən murdarı təmizləyərsə, onu suya çəkməsi lazım deyil.
Məsələ 226: Kafir İslamı qəbul etdikdə, vacib ehtiyata əsasən, onun əynindəki paltar paklanmır.
Məsələ 227: Şəhadət kəlmələrini dilə gətirməsə də, onları qəlbən qəbul edən kafir müsəlman olur. Amma bir kafir şəhadət kəlmələrini dilə gətirdiyi halda onun qəlbən iman gətirməsinə yəqinlik olmasa, vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
Məsələ 228: Təsirlənmə dedikdə bir şeyin o birinin paklanmasından təsirlənib paklanması nəzərdə tutulur.
Məsələ 229: Əgər şərab sirkəyə çevrilsə, şərab və ya üzüm qaynayan zaman onunla təmasda olan qab da paklanar. Onun ağzına qoyulan və adətən rütubətlə murdarlanan parça və başqa şey də paklanar. Amma əgər qaynama zamanı maye bayıra xaric olub qabın çöl hissəsini bulaşdırsa, sirkəyə çevrildikdən sonra qabın çöl hissəsi paklanmaz.