Şərəf və heysiyyətə toxunan paltarı geymək
Məsələ 771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.
Məsələ 771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.
Məsələ 772: Ehtiyat vacibə əsasən, kişi qadına məxsus və qadın kişiyə məxsus libas geyməməlidir. Amma belə bir libasla namaz qılmaq olar.
Məsələ 773: Uzanmış vəziyyətdə namaz qılmalı olan şəxs çılpaq olsa, vacib ehtiyata əsasən, istifadə etdiyi döşək və döşək üzü murdar, xalis ipək və bu kimi şeylər olmamalıdır. Çıxılmaz vəziyyətdə isə bunun eybi yoxdur.
Məsələ 790: Namaz qılanın libası ilə bağlı savab ümidi olan bir neçə hal var. Ağ libas geyinmək, ən pak libasları geymək, xoş ətirdən istifadə etmək, barmağa əqiq üzük salmaq bu qəbil savab işlərdəndir.
Məsələ 791: Namaz qılan şəxs savab ümidi ilə libasına münasibətdə bir neçə işdən çəkinə bilər: Qara libas geyməkdən (əzadarlıqda qara geymək, çadra, əba və seyyidlərin əmmaməsinin qara olmasının eybi yoxdur). Çirkin və dar libasdan çəkinmək. Murdar-təmiz bilməyən insanın libasından çəkinmək savabdır. Xüsusilə şərabxorun libasından çəkinmək lazımdır. Namazda düymələrin açıq olması, üzərində çöhrə çəkilmiş libas geymək, üzərində insan və ya heyvan şəkli çəkilmiş üzük taxmaq kərahətli (bəyənilməyən) işlərdir.
Məsələ 774: Altı halda namaz qılan şəxsin bədəni və ya libası murdar olarsa, bu halda namaz qıla bilər:1. Libas və ya bədən yara, zədə və ya çiban vasitəsi ilə qana bulaşdıqda.2. Libasdakı və ya bədəndəki qan bir dirhəm ölçüsündən az olduqda (bir dirhəm təqribən şəhadət barmağının bir bəndi ölçüsündədir).3. Corab və araqçın kimi xırda geyimlər murdarlandıqda;4. Namaz qılanın üstündə murdarlanmış bir şey olduqda;5. Uşaq saxlayan dayənin libası;6. İnsan murdar bədən və ya libasla namaz qılmağa məcbur olduqda, məsələn, murdarlanmış libası dəyişmək mümkün olmadıqda, onu paklamaq üçün vaxt dar olduqda. Bu hallarda zərurət səbəbi ilə həmin libasla namaz qılmaq olar.Bu mövzular növbəti Məsələlərdə şərh ediləcək.
Məsələ 775: Birinci üzürlü hal: Namaz qılanın bədəni və libası yara, zədə və ya çiban qanına bulaşmışdır, onları suya çəkmək çətindir. Nə qədər ki, yara, zədə və ya çiban sağalmayıb, insan bu halda namaz qıla bilər. Qanlı çirk gələn zaman, yaranın üzərindəki dərman murdarlandığı vaxt bu halda namaz qılmaq olar. Amma əgər yara sağalmışsa və libasdakı, ya da bədəndəki qanı yumaq asandırsa, bu iş görülməlidir.
Məsələ 776: Əgər libas və ya bədənin yaradan kənarda qalan hissəsi murdarlanarsa, onu suya çəkmək lazımdır. Yaradan gələn qanın daim sirayat etdiyi istisnadır.
Məsələ 777: Əgər yaranı tibbi parça ilə örtmək asansa və bu yolla qanın libasa və ya bədənə sirayatinin qarşısını almaq mümkündürsə, bu iş görülməlidir.
Məsələ 778: Əgər yara burunun və ya ağızın içindədirsə, oradan axıb bədənə və ya libasa dəydiyi vaxt vacib ehtiyat budur ki, bu halda namaz qılınmasın. Bədənin daxilindəki babasil qanı da bu hökmdədir.
Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.
Məsələ 780: Əgər bədəndə bir neçə yara olarsa və bu yaralar bir yara sayılacaq həddə yaxındırlarsa, bütün yaralar sağalanadək həmin halda namaz qılmaq olar. Amma yaralar o qədər aralıdırsa ki, hərəsi bir yara sayılsın, hər yara sağaldıqdan sonra bədən və libas onun qanından təmizlənməlidir.