Sübh nafiləsinin vaxtı
Məsələ 711: Sübh nafiləsinin vaxtı sübh namazından qabaqdır. Bu vaxt fəcr tülusundan şərqdə qızartı görünənədəkdir. Bu namazı gecə namazının ardınca da qılmaq olar.
Məsələ 711: Sübh nafiləsinin vaxtı sübh namazından qabaqdır. Bu vaxt fəcr tülusundan şərqdə qızartı görünənədəkdir. Bu namazı gecə namazının ardınca da qılmaq olar.
Məsələ 712: Gecə nafiləsinin vaxtı ehtiyat vacibə əsasən gecə yarıdan başlayır və sübh azanınadək davam edir. Amma yaxşı olar ki, bu namaz səhər vaxtı, yə’ni gecənin son üçdə birində qılınsın.
Məsələ 714: Bütün vacib namazlar üzü qibləyə qılınır.
Məsələ 715: Müqəddəs Məkkə şəhərindəki Kə’bə evi dünya müsəlmanlarının qibləsidir. İnsan harada olur-olsun, üzü Kə’bəyə namaz qılmalıdır. Amma uzaqda olan bir şəxs elə dayansa ki, onun üzü qibləyə dayandığı söylənilsin, bəs edər. Beləcə, uzunluğu Kə’bə evindən xeyli artıq olan cəmiyyət namazının sıralarında hamı üzü qibləyə dayanmış sayılır.
Məsələ 716: Zəruri deyil ki, üzü qibləyə dayanan vaxt barmaqların ucu da üzü qibləyə olsun. Oturan vaxt dizlərin baş tərəfinin də tam üzü qibləyə olması zəruri deyil. Bir insan haqqında “üzü qibləyə dayanmışdır və ya oturmuşdur” söylənilərsə, bəs edər.
Məsələ 717: Namazı oturaq vəziyyətdə qıla bilməyən şəxs uzanmış vəziyyətdə qıla bilər. Amma onun bədəninin ön tərəfi üzü qibləyə olmalıdır. Bu da mümkün olmasa, sol tərəf üstündə uzanmaq olar. Bu vaxt da bədənin ön hissəsi üzü qibləyə olmalıdır. Əgər tərəflər üzərində uzanmaq mümkün olmasa, arxası üstəyə uzanmaq olar. Bu vaxt ayaqların altı üzü qibləyə olmalıdır.
Məsələ 718: Ehtiyat namazında, yaddan çıxmış səcdə və təşəhhüdə görə namazda da üzü qibləyə olmaq lazımdır. Vacib ehtiyata əsasən, səcdeyi-səhvi yerinə yetirərkən də üzü qibləyə dayanmaq lazımdır.
Məsələ 719: Müstəhəb namazı yol gedə-gedə süvari halda qılmaq olar. Bu vaxt üzü qibləyə olmaq vacib deyil.
Məsələ 720: Qibləni tə’yin etmək üçün çox yol var. İnsan öncə çalışmalıdır ki, müəyyənləşdirilmiş qibləyə əmin olsun. Bu işdə iki ədalətli şahidin və ya bir e’tibarlı şəxsi hiss olunan nişanələrlə şəhadəti və ya elmi şəkildə qibləni müəyyənləşdirmiş birinin sözü qəbuldur. Bu yollarla qibləni müəyyənləşdirmək olmadıqda, məscidlərin mehrabı, qəbirlər əsasında və bu kimi başqa yollarla qibləni tapmaq olar.
Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.
Məsələ 726: Kişi bir şəxs onu görməsə də namaz zamanı ayıb yerini örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizədək örtünsün. Bundan da üstünü hörmətli insanların hüzurunda olduğu kimi geyinməkdir.
Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başını və tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat vacib budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.