مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1612Taxılın zəkatı

Mərhum insanın malının zəkatı onun borcundan irəlidir

Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.

مسئله شماره 1613Taxılın zəkatı

İrs payının zəkatının verilməsi vacib olan hallar

Məsələ 1613: Həm əkini və həm də borcu olan bir şəxs ölsə və varisləri əkinə zəkat vacib olmazdan qabaq onun borcunu başqa maldan ödəsələr, varislərdən hansının payı zəkat həddinə çatsa, zəkatını verməlidir. Yox, əgər borcunu zəkat vacib olmamışdan qabaq ödəməsələr və ölən şəxsin malı yalnız borcu qədər olarsa, zəkat vacib olmaz.

مسئله شماره 1614Taxılın zəkatı

Yaxşı və pis məhsulun zəkatı

Məsələ 1614: Əgər əkin sahəsinin məhsullarının yaxşı-pisi varsa hər birinin zəkatı o maldan verilməli və yaxud qiymətini hesablamalıdır. Hamısının zəkatını pis məhsuldan verə bilməz, lakin hamısını yaxşı məhsuldan verməsi yaxşıdır.

مسئله شماره 1620Maliyyə vahidi sayılan sikkə vurulmuş olsun

Maliyyə vahidi sayılan sikkəni bəzək əşyasına çevirmək

Məsələ 1620: İşlək sikkəli qızıl və gümüş qadınlar tərəfindən zinət əşyaları halına salınıb, ondan zinət əşyaları kimi istifadə etdikləri halda zəkatı yoxdur. Əgər bir nəfərin bir miqdar qızıl və gümüşü olsa və onların heç biri nisab həddində olmasa, zəkat onlara vacib olmur. Baxmayaraq ki, onların ümumilikdə qiyməti nisab həddinə çatmış olsun.

مسئله شماره 1621Qızıl və gümüşə zəkat düşmə şərtləri

Bir il tamam nisab sahibi olmalıdır

Məsələ 1621: Zəkatın vacib olma şərtlərindən biri də budur ki, insan bir il tamam nisab həddi miqdarının sahibi olsun və əgər on ikinci aya daxil olsa, müstəhəb ehtiyata əsasən, onun zəkatını verməlidir. Amma, on bir ay keçəndən sonra onu satsa və yaxud nisab həddindən azalsa və yaxud onun ixtiyarında olmasa, ona zəkat düşmür. Həmçinin, əgər onu başqa bir şeylə əvəz etsə və yaxud onları əridib sikkə halından xaric etsə (yuxarıda qeyd edilən hökmlə eynidir, yəni ona zəkat düşmür). Lakin, qızıl və gümüş sikkələrini başqa qızıl və gümüş sikkələri ilə əvəz etsə, vacib ehtiyata əsasən, onun zəkatını ödəməlidir.

مسئله شماره 1615Qızıl və gümüşün zəkatı

Qızılın nisabı

Məsələ 1615: Qızılın iki nisab həddi vardır:Birincisi, 15 adi misqal çəkisində olan iyirmi şər’i misqaldır. Hər vaxt bu miqdara çatsa və digər şərtlər də onda olsa, onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Bu miqdara çatmadıqda, zəkatı yoxdur.İkincisi, 3 adi misqal çəkisində olan 4 şər’i misqaldır . Yəni əgər 3 misqal 15 misqala əlavə edilsə bütün 18 misqalın zəkatını iki yarım faiz qərarı ilə verməlidir. Əgər 3 misqaldan az əlavə edilsə, yalnız 15 misqalın zəkatı vacibdir və artığının zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarıya getsə, yəni 3 misqal əlavə edilsə, gərək onun tam zəkatını versin. Əgər az əlavə edilsə, artıq əlavənin zəkatı yoxdur.

مسئله شماره 1616Qızıl və gümüşün zəkatı

Gümüşün nisabı

Məsələ 1616: Gümüşün də iki nisab həddi var:Birincisi, 105 adi misqaldır; əgər bu miqdara çatsa və digər şərtlər də mövcud olsa, insan onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.İkincisi, 21 misqaldır. Yə’ni 21 misqal 105 misqala əlavə olunsa, bütün 126 misqalın zəkatı verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, 105 misqalın zəkatı vacibdir. Artığının zəkatı yoxdur. Həmçinin, nə qədər yuxarı getsə, lakin hesabın asan olması üçün insan sahibi olduğu qızıl və gümüşün iki ayırım faizini ödəyərsə, ona vacib olan zəkatı vermişdir. Bəzən də, vacib miqdarından çox vermişdir.

مسئله شماره 1617Qızıl və gümüşün zəkatı

Qızıl və gümüşə hər il zəkat düşür

Məsələ 1617: Hər il qızıl və gümüşə zəkat düşür. Belə ki, müəyyən olan qızıl və gümüşünün zəkatını versin və sonrakı ildə yenə də deyilən şərtlər onda mövcud olsa, ikinci dəfə də zəkatını verməlidir. Bu, ( qızıl və gümüş) nisab həddindən azalana qədər davam edir. Lakin, xüms belə deyil. Yəni bir dəfə xümsü verilən mala yenidən xüms düşmür və əgər çoxalsa, istisnadır. Habelə, buğda, arpa, xurma və üzümün bir dəfədən artıq xümsü yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی