مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 831Məscidə aid adətlər və qaydalar

Məsciddə rövzə məclisi qurmaq

Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi,məzhəbi bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.

مسئله شماره 833Məscidə aid adətlər və qaydalar

Dağılmış məscidin yerini və əşyalarını satmaq

Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin tə’mirinə xərcləmək olar.

مسئله شماره 834Məscidə aid adətlər və qaydalar

Məscidi tikmək və təmir etmək

Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi tə’mir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu tə’mir etmək mümkün olmasa, onu söküb yerinə yeni məscid tikmək olar.

مسئله شماره 836Məscidin müstəhəb əməlləri

Məscidə aid müstəhəb əməllər

Məsələ 836: Məscidi təmizləmək, işıqlandırmaq, məsciddə zəruri işləri görmək müstəhəbdir. Eləcə də məscidə getmək istəyən şəxsin ətirlənməsi, pak libaslar geyməsi, ayaqqabısının altını təmiz olsun deyə nəzərdən keçirməsi müstəhəbdir. Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə tez gəlib, məsciddən gec çıxmaq daha yaxşıdır.

مسئله شماره 838Məscidin məkruh əməlləri

Məscidə dair bəzi məkruh əməllər

Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şe’rlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.

مسئله شماره 896Qiraət

Bir surəni sonadək oxumaq

Məsələ 896: Gündəlik vacib namazların birinci və ikinci rəkətində “təkbirətül-ehram”dan sonra Həmd-surəsi oxunmalıdır. “Həmd”dən sonra vacib ehtiyata əsasən, Qur’ani-Məcidin surələrindən biri tam şəkildə oxunmalıdır. “Həmd”dən sonra hər hansı surədən bir neçə ayə oxumaq bəs etməz. Nəzərdə saxlamaq lazımdır ki, “Fil” və “Qüreyş”, eləcə də “Züha” və “Şərh” surələri namazda bir surə sayılır.

مسئله شماره 897Qiraət

Surəni yarıda buraxmaq

Məsələ 897: Vaxt dar olanda, oğru və ya yırtıcı qorxusu olanda, yalnız “Həmd”i oxumaq bəs edər. Tələsik bir iş olanda da surəni oxumamaq mümkündür.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی