مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1589Zəkatın vacib olma şərtləri

Dörd dənli bitkinin zəkat zamanı

Məsələ 1589: Buğda və arpanın zəkatı dənin bərkidiyi-ona buğda və arpa deyildiyi halda vacib olur. Üzüm və kişmişin zəkatı meyvənin yetişdiyi- ona üzüm deyildiyi haldadır. Xurmanın hökmü isə yetişib, yeməli olduğu zamandadır. Lakin, buğda və arpanın zəkatının verilmə zamanı xırman edilib, samandan ayırdıqlarından sonradır. Xurma və kişmişdə quruyan zamanıdır. Əgər onu tər (qurumamış) halında istifadə etmək istəsələr, qurumuşu nisab həddinə çatdığı halda, zəkatını verməlidirlər.

مسئله شماره 1593Taxılın zəkatı

Taxılın zəkatı və nisabı

Məsələ 1593: Buğda, arpa, xurma və kişmiş nisab həddinə çatdıqda zəkatı vacib olur. Onların nisabı 288 Təbriz “mən”indən 45 misqal azdır ki, təqribən 847 kq-miqdarındadır.

مسئله شماره 1595Taxılın zəkatı

Zəkat vacib olandan sonra sahibinin ölümü

Məsələ 1595: Əgər (malın) sahibi zəkat vacib olandan sonra ölsə, zəkat onun malından verilməlidir. Lakin, zəkat vacib olmamışdan qabaq ölərsə, zəkat varislərin öhdəsindədir. Yənin hər birinin payı nisab həddinə çatarsa, zəkatını verməlidirlər.

مسئله شماره 1598Taxılın zəkatı

Zəkatının ödənməsində yəqin və şəkk olan dənli bitkini alan insanın vəzifəsi

Məsələ 1598: Əgər insan buğda, arpa, xurma, yaxud üzüm alsa və satıcının onun zəkatını verdiyini bilsə, zəkat ona vacib deyil. Şəkk etdiyi halda da heç nə ona vacib deyil. Lakin, onun zakətını vermədiyini bilsə (həmin) zəkat daxilində olan alver batildir, lakin, şəriət hakimi icazə versə, istisnadır. Belə olan halda zəkat miqdarının qiymətini satıcıdan alırlar. İcazə vermədikdə zəkatı alıcıdan alacaqlar. Əgər alıcı onun miqdarını satıcıya veribsə, onu geri ala bilər.

مسئله شماره 1599Taxılın zəkatı

Çəki nə vaxt meyar olur?

Məsələ 1599: Əgər buğda, arpa, xurma və ya üzümün çəkisi tər vaxtında nisab həddinə çatsa və quruduqdan sonra nisab həddinə çatmasa, onun zəkatı vacib deyil.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی