Təyəmmümü batil edən hallar
Məsələ 663: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
Məsələ 663: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
Məsələ 664: İnsana bir neçə qüsl vacib olarsa və qüsl verə bilməzsə, bütün qüsüllərin əvəzinə bir təyəmmüm bəs edər.
Məsələ 665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.
Məsələ 666: Qüsl əvəzinə təyəmmüm edən şəxs sonradan dəstəmazı pozan bir iş görsə, sonrakı namazlar üçün yalnız dəstəmaz almalıdır. Dəstəmaz ala bilməsə onun əvəzinə təyəmmüm edir.
Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs bir iş üçün təyəmmüm etsə, nə qədər ki, o təyəmmüm və üzrlü səbəb öz qüvvəsindədir, dəstəmaz və qüsl tələb edən bütün işləri onunla görə bilər. Lakin bu qaydanın bir istisnası var ki, o da vaxtın darlığına görə alınan təyəmmümdür. Bu təyəmmümlə yalnız namaz qılmaq olar.
Məsələ 668: Təyəmmümlə qılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümlə qıldığı namazlar.2. İnsanın bilərəkdən su axtarışına getməyib vaxt dar olan zaman təyəmmümlə qıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).3. Yaxında su olmadığını bildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.
Məsələ 669: Altı vacib namaz var: “Yövmiyyə” namazları (gündəlik on yeddi rəkət namaz), Allah evinin vacib təvaf namazı, Ayat namazı, meyyit namazı, böyük oğula vacib olan ata-ananın qəza namazları, nəzir, əhd və and vasitəsi ilə vacib olmuş namazlar.
Məsələ 670: Beş vacib yövmiyyə namazı var: Hər biri dörd rəkətdən ibarət olan günorta və ikindi namazları, üç rəkət şam namazı, dörd rəkət xiftən namazı, iki rəkət sübh namazı. Amma səfərdə dörd rəkətli namazlar müəyyən şərtlər ödəndiyi halda iki rəkət qılınır.
Məsələ 682: İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər.
Məsələ 683: Havanın tutqunluğu, zindanda olmaq və ya korluq səbəbindən vaxtın daxil olduğunu müəyyən etmək mümkün deyilsə, güclü ehtimalla namaza başlamaq olar.
Məsələ 684: Yuxarıdakı göstərişlər əsasında namaza başlayan şəxs namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı batildir. Namazı başa çatdırdıqdan sonra da bunu anlayarsa, namazı bütünlüklə vaxtından qabaq qıldığı halda həmin namazı təzələməlidir. Amma namaz arasında və ya namazdan sonra başa düşərsə ki, vaxt daxil olmuşdur, namazı düzgündür.
Məsələ 685: Bir insan diqqətsizlik və ya unutqanlıq səbəbindən vaxtdan xəbər tutmadan namaza başlasa, bu namaz vaxtında qılınmışdırsa düzgündür. Əgər namazı bütünlüklə və ya onun bir hissəsini vaxtından əvvəl qılmışsa, namazı batildir.