Namaz vaxtı olmamış su axtarmağa getmiş insanın vəzifəsi
Məsələ 616: Əgər namaz vaxtından öncə axtarış aparılsa və su tapılmasa, namaz vaxtınadək həmin yerdə qaldıqda ikinci dəfə su axtarışına ehtiyac yoxdur. Yalnız həmin məhəllin vəziyyəti dəyişsə axtarışa ehtiyac olar. Bir namazda dəstəmaz üçün axtarış aparmışsa, nə qədər ki, şərait dəyişməyib, o biri namazlar üçün də axtarışa ehtiyac yoxdur.