مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1692Fitrə zəkatı

Fitrə zəkatı kimlərə vacibdir?

Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.

مسئله شماره 1725Fitrə zəkatının müxtəlif məsələləri

Fitrə zəkatını vermək vaxtı

Məsələ 1725: Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər.

مسئله شماره 1731Fitrə zəkatının müxtəlif məsələləri

Fitrə zəkatının insanın şəhər və yaşadığı yerdə xərclənməsi

Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.

مسئله شماره 1697Fitrə zəkatı

Fitrə zəkatının maneələri gün batandan sonar aradan qalxarsa

Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.

مسئله شماره 1732Fitrə zəkatının müxtəlif məsələləri

Fitrəni qeyri-fəqirlərə verməyin hökmü

Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی