Dəfn gecikərsə vəhşət namazının vaxtı
Məsələ 596: Əgər meyyit müəyyən səbəblərdən gec dəfn olunarsa, vəhşət namazını birinci qəbir gecəsinədək tə’xirə salmaq lazımdır.
Məsələ 596: Əgər meyyit müəyyən səbəblərdən gec dəfn olunarsa, vəhşət namazını birinci qəbir gecəsinədək tə’xirə salmaq lazımdır.
Məsələ 597: Müsəlmanın qəbrini açmaq haramdır. Uşaq və divanənin də qəbrini açmaq haram sayılır. Qəbrin açılması dedikdə onun elə bir şəklə salınması nəzərdə tutulur ki, meyyitin bədəni görünsün. Bədən görünməsə eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.
Məsələ 598: Əgər əmin olsa ki, bədən tam torpağa çevrilib, qəbri açmağın eybi yoxdur. Amma imam övladlarının, şəhidlərin, alimlərin və saleh insanların qəbrini illər ötdükdən sonra da açmaq olmaz.
Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.4. Qəbirin açılmamasından daha əhəmiyyətli şər’i bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.
Məsələ 600: Bir şəxs vəsiyyət etsə ki, onu müəyyən bir yerdə dəfn etsinlər və onun vəsiyyətinə əməl edilməsə, qəbri açıb cəsədi vəsiyyətdə göstərilən yerə köçürmək olmaz.
Məsələ 601: Bir şəxs vəsiyyət etsə ki, dəfndən sonra onun qəbrini açıb bədənini müqəddəs bir yerə və hər hansı nöqtəyə aparsınlar, belə bir vəsiyyətə əməl edilməsi iradlıdır.
Məsələ 603: Qeyd etdiyimiz kimi, müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:1.Allah yolunda şəhidlər, yə’ni İslami cihad meydanında, Peyğəmbər və mə’sum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.
Məsələ 604: Ötən məsələdə haqqında danışılan insanlar savaş meydanında şəhid olanlardır. Yə’ni belələri müsəlmanlar onlara gəlib çatanadək dünyalarını dəyişirlər. Amma ona yetişən vaxt sağ olarsa və ya yaralı vəziyyətdə savaş meydanında çıxarılarsa, xəstəxanada və ya başqa bir yerdə dünyasını dəyişərsə, şəhid savabına malik olsa da, yuxarıdakı Məsələ ona şamil olunmur.
Məsələ 605: Bu gün savaş meydanları genişlənmiş, kilometrlərlə uzanmışdır. Silahlar olduqca uzaq məsafəni hədəfə ala bilir. Əsgərlərin hərəkət etdiyi bütün bu səhnə savaş meydanı sayılır. Amma düşmən cəbhədən kənarda bir məntəqəni bombalayarsa, yuxarıdakı hökm orada həlak olanlara aid deyil.
Məsələ 606: Şəhid müəyyən səbəbdən libassız qalarsa, onu kəfənləmək lazımdır. Amma o qüsülsüz dəfn olunur.
Məsələ 515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün mö’minləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.
Məsələ 516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.