مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2058

Ehram halında onunla əqd oxunmuş qadınla evlənmək

Məsələ 2058: Əgər bir şəxs həcc və ümrə əməllərindən sayılan ehram halında bir qadınla izdivac etsə əqdi batildir. Beləki, əgər bu halda arvad almağın haram olduğunu bilsə, onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, heç vaxt o arvadı öz nikahına gətirə bilməz.

مسئله شماره 1515Qazanc və işdən gələn mənfəət

Ehtiyac olmadan əmlakı artırmaq üçün borc almaq

Məsələ 1515: Əgər malını çoxaltmaq və ya ehtiyacı olmadığı bir əmlakı almaq qəsdi ilə borc alsa, o borcu ilin qazancından azalda bilməz. Lakin borca götürdüyü malı və yaxud borc vasitəsi ilə aldığı şeyi hansısa səbəb üzündən əldən versə və məcburi halda borcunu ödəməli olsa, onu illik mənfəət və qazancından ödəyə bilər.

مسئله شماره 1717Fitrə zəkatının hökmləri

Ehtiyacı olduğunu iddia edən şəxs

Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi mə’lum deyil.

مسئله شماره 1086Şəkkə aid müxtəlif məsələlər

Ehtiyat namazı qılarkən ayaq üstə dayana bilməyənin vəzifəsi

Məsələ 1086: Ayaq üstə namaz qılan şəxs ehtiyat namazını həmin vəziyyətdə qıla bilməsə, oturaq halda namaz qılan şəxsin vəzifəsinə əməl etməlidir. Ötən Məsələdə deyildiyi kimi ehtiyat namazı qılmaq lazımdır. Əksinə, oturaq halda namaz qılan şəxs ehtiyat namazını ayaq üstə qıla bilərsə, ayaq üstə qılan şəxsin vəzifəsini yerinə yetirməlidir.

مسئله شماره 1087Ehtiyat namazı

Ehtiyat namazının qaydası

Məsələ 1087: Namazın rəkətləri ilə bağlı şəkk yarandıqda qılınan ehtiyat namazı aşağıdakı qaydadadır: Namazın salamından sonra dərhal ehtiyat namazı niyyət olunur. “Allahu əkbər” deyilir, “Həmd” oxunur (surə tərk edilir), rükuya gedilir, adi namazlardakı kimi səcdə yerinə yetirilir. Əgər ehtiyat namazı bir rəkətdirsə, iki səcdədən sonra təşəhhüd və salam deyilir. Əgər ehtiyat namazı iki rəkətdirsə, iki səcdədən sonra bir rəkət də qılınır, təşəhhüd və salam deyilir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی