Xilas edicinin orucu
Məsələ 1367: Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
Məsələ 1367: Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
Məsələ 1368: Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla suyun təkinə getsələr, orucları düzgündür.
Məsələ 1369: Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez başını sudan çıxarmalıdır.
Məsələ 1370: Əgər bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa, oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu bilib, qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun qəzasını yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.
Məsələ 1371: Vacib ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl etməyən cənabətli şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud vaxt az olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa, orucu düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər qusl etməyən qadının hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə eynidir.
Məsələ 1372: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Məsələ 1373: Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
Məsələ 1374: Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; vacib ehtiyata görə, qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
Məsələ 1375: Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və vacib ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
Məsələ 1377: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.
Məsələ 1378: Əgər belə bir şəxs yatıb oyansa və bilsə və yaxud ehtimal versə ki, ikinci dəfə yatdıqdan sonra sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, vacib ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.