مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 462Vəqtiyyə və ədədiyyə adəti olanlar

Aylıq adət vaxtı pak olan günlər və qadnın on günü ötməsi

Məsələ 462: Adəti olan qadın üç gün və ya daha artıq qan görüb təmizlənərsə və yenidən qan görərsə, iki qan görmək arasında fasilə on gündən az olduqda və qan gördüyü bütün günləri on gündən çox olmadıqda, onların hər biri heyiz sayılır. (Amma ortada qan görmədiyi günlər pak sayılır) əgər on gündən artıq olarsa, adətdə olduğu qan heyiz qanı, digərləri istihazədir. Əgər qanlardan heç biri adət günlərində olmamışsa, heyiz nişanələrinə malik qan heyiz qanı, digərləri istihazədir. Əgər hər ikisində heyiz nişanələri varsa on gün müddətində heyiz sayılır, qalan müddət istihazədir.

مسئله شماره 463Vəqtiyyə və ədədiyyə adəti olanlar

Əgər adət vaxtında qan görməsə

Məsələ 463: Vəqtiyyə və ədədiyyə adəti olan qadın adət vaxtı qan görməsə və həmin vaxtdan başqa vaxta heyiz günləri sayda bir vaxt qan görsə, onu heyiz saymalıdır. Bu qan adət günlərindən öncə və ya sonra olsa da fərqi yoxdur. Bir şərtlə ki, həmin qanda heyiz nişanələri olsun.

مسئله شماره 465Vəqtiyyə və ədədiyyə adəti olanlar

On gündən çox qan görsə

Məsələ 465: Vəqtiyyə və ədədiyyə adəti olan qadın on gündən artıq qan görərsə, adət günlərinə təsadüf edən qan heyiz qanıdır. (Bu qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.) Adət günlərindən sonra görünən qan istihazə sayılır. (həmin qanda heyiz nişanəsinin olub-olmamasının fərqi yoxdur).

مسئله شماره 467Vəqtiyyə adəti olanlar

Qanları pak olmayan xanımlar

Məsələ 467: Qandan təmizlənməyən, amma iki ay ardıcıl müəyyən vaxtda qanında heyiz nişanələri olan qadın heyiz nişanəli qan gördüyü günlər arasında fərq olsa da, heyiz nişanəsi olan günləri heyiz saymalıdır.

مسئله شماره 468Vəqtiyyə adəti olanlar

Heyz qanı gəlib-kəsilən xanımlar

Məsələ 468: İki ay ardıcıl eyni vaxtda qan görən qadın üç gün və ya daha artıq heyiz qanı görüb paklanarsa, ikinci dəfə yenidən üç gün və ya daha artıq qan görərsə, qan gördüyü günlərin sayı on gündən artıq olmasa (ikinci ayda həmin günlər birinci aydakından artıq-əskik olsa) bütün gördüyü qanları heyiz qanı saymalıdır. Ortada qan görmədiyi günlər pak hökmündədir.

مسئله شماره 469Vəqtiyyə adəti olanlar

Heyzi dala-qabağa düşənlər

Məsələ 469: Vəqtiyyə adəti olan qadın adət günlərində və ya iki-üç gün qabaq və ya sonra qan görərsə, heyizin tezləşdiyi və ya yubandığı deyildiyi halda heyiz qadının hökmlərinə əməl etməlidir. Həmin qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.

مسئله شماره 470Vəqtiyyə adəti olanlar

On gündən artıq qan görmək

Məsələ 470: Vəqtiyyə adəti olan qadın on gündən artıq qan görsə və qanın nişanələrinə görə müəyyənləşdirə bilməsə, ona qohum qadınların adət günlərinə uyğun olaraq heyiz vaxtı müəyyənləşdirməlidir. (Qohumların ata və ya ana tərəfdən olmasının, həyatda olmalarının fərqi yoxdur. Amma əksəriyyətin qaydası eyni olmalıdır. Amma bə’zilərində beş gün, bə’zilərində səkkiz gün adətdirsə, vacib ehtiyata əsasən, hər ayda yeddi gün adət götürülməlidir.)

مسئله شماره 472Ədədiyyə adəti olanlar

Qanı pak olmayan xanım

Məsələ 472: Qandan təmizlənməyən, amma iki ardıcıl bir neçə gün heyiz nişanəli, bir neçə gün istihazə nişanəli qan görən qadın hər iki ayda heyiz nişanəli günlərin sayı eyni olarsa, amma bu günlər eyni vaxta düşməzsə, həmin heyiz nişanəli günləri heyiz saymalıdır.

مسئله شماره 473Ədədiyyə adəti olanlar

Adət sayından artıq qan görmək

Məsələ 473: Ədədiyyə adəti olan qadın adət günlərindən artıq qan görərsə və bu günlərin sayı on gündən artıq olarsa, bütün qanlar eyni şəkildə olduqda adət günləri sayda günləri heyiz, qalan günləri istihazə saymalıdır. Əgər bir neçə günün qanında heyiz nişanəsi olarsa həmin günlər heyiz sayılmalıdır. Adət günlərindən artıq qan görərsə onun axırından əskiltməlidir. Əgər həmin günlər adət günlərindən az olarsa, həmin günləri və adət günlərinə uyğun olaraq sonrakı bir neçə günü heyiz saymalı, qalan günləri istihazə hökmünə əməl etməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی