مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1345Cinsi yaxınlıq

Cinsi yaxınlıq orucu pozur

Məsələ 1345: Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.

مسئله شماره 1346Cinsi yaxınlıq

Unutqanlıq üzündən olan cinsi yaxınlıq

Məsələ 1346: Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal (cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.

مسئله شماره 1347İstimna (sperma çıxarmaq)

İstimna orucu pozur

Məsələ 1347: Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq olduğu halda gəlsə, oruc batil olmur.

مسئله شماره 1353İstimna (sperma çıxarmaq)

Sperma çıxarmaq məqsədi olmadan həyat yoldaşı ilə oynaşmaq

Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməyəcəyindən xatircəm olsa, eybi yoxdur.

مسئله شماره 1354Allaha, peyğəmbərə (s) və imamlara (ə) yalan qondarmaq

Sözlə, yazı ilə ya da işarə ilə yalan danışma

Məsələ 1354: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.

مسئله شماره 1355Allaha, peyğəmbərə (s) və imamlara (ə) yalan qondarmaq

Hədisin düz və yaxud yalan olmasından xəbəri olmayan insanın vəzifəsi

Məsələ 1355: Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda “Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی