مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 438Heyiz qadının hökmləri

Heyz olmuş qadına haram olmuş işlər

Məsələ 438: Heyiz qadına haram olan işlər bunlardır:1. Namaz, oruc, Allah evinin təvafı kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq tələb etməyən ibadətləri yerinə yetirə bilər.2.Cənabətli insana haram olan bütün işlər.3. Cinsi yaxınlıq etmək. Bu iş həm kişi, həm də qadın üçün haramdır.4.Heyizli halda təlaq (boşanmaq) batildir.

مسئله شماره 439Heyz halında cinsi əlaqə

Həyat yoldaşı ilə heyz halında yaxınlıq edən şəxsin hökmləri

Məsələ 439: Heyz halında yaxınlıq etmək həm kişi həm də qadına haramdır. Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq edərsə, müstəhəbdir ki, kəffarə versin. Kəffarə miqdarı heyz günlərinin birinci üçdə birində bir misqal qızıl və ya onun qiyməti, ikinci üçdə birində yarım misqal qızıl, üçüncü üçdə birində dörddə bir misqal qızıldır. Misal üçün əgər aybaşı altı gün çəkərsə, onun ilk iki günündə bir misqal, ikinci iki günündə yarım misqal, son iki günündə dörddə bir misqal kəffarə verilir.

مسئله شماره 448Heyiz qadının hökmləri

Heyizli qadının təmizlənəndən sonra vəzifəsi

Məsələ 448: Qadın heyizdən paklansa, ibadətləri yerinə yetirmək üçün qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də cənabət qüslü kimidir. Ondan sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz da alsın (qüsüldən öncə və ya sonra olmasının fərqi yoxdur.)

مسئله شماره 449Heyiz qadının hökmləri

Təzə pak olmuş heyzli qadına talaq vermək

Məsələ 449: Qadın heyiz qanından paklandıqdan sonra onun talaqı düzdür. Əri də onunla yaxınlıq edə bilər. Qüsül verməmişdən öncə də yaxınlıq etmək mümkündür. Amma müstəhəb ehtiyat budur ki, qüsüldən öncə yaxınlıq olmasın. Amma məsciddə dayanmaq, Qur’an xəttinə toxunmaq kimi heyizə haram olan işlər qüsül verənədək vacib ehtiyata əsasən, halal olmur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی