Zəiflik üzündən orucu yemək icazəli deyil
Məsələ 1344: İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
Məsələ 1344: İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
Məsələ 1345: Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.
Məsələ 1346: Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal (cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.
Məsələ 1347: Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq olduğu halda gəlsə, oruc batil olmur.
Məsələ 1348: Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl gəlməz.
Məsələ 1349: Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa, onun qarşısını alması vacib deyil.
Məsələ 1350: Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir.
Məsələ 1351: Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.
Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməyəcəyindən xatircəm olsa, eybi yoxdur.
Məsələ 1354: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.
Məsələ 1355: Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda “Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.