مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 415Müstəhazə qadının hökmləri

Qüsl və dəstəmazdan sonra namaza tələsmək

Məsələ 415: Müstəhazə qadın qüsl və ya dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Amma onun azan və iqamə deməsi, namazdan öncə dua oxuması, adi həddə cəmiyyət namazını gözləməsinin eybi yoxdur. Belə bir qadın namazda qunut və qunut kimi müstəhəb işləri yerinə yetirə bilər.

مسئله شماره 418Müstəhazə qadının hökmləri

Müstəhazə qadının orucu

Məsələ 418: Müstəhazə qadın ramazan ayının orucunu tutmalıdır. Şam və xiftən namazları üçün qüsl verdikdən sonra səhəri gün oruc tuta bilər. Vacib ehtiyata əsasən, oruc olduğu günlərin də qüslünü vermiş olsun.

مسئله شماره 423Müstəhazə qadının hökmləri

Müstəhazə qadının qəza namazı qılması

Məsələ 423: Müstəhazə qadın qəza namazı qıla bilər. Amma vacib ehtiyata əsasən, hər namaz üçün bir dəstəmaz almalıdır. Günün nafilə (müstəhəb) namazlarını qılmaq üçün vacib namaz üçün alınmış dəstəmaz bəs edər. Bütün gecə namazları üçün bir dəstəmaz kifayat edir. Bir şərtlə ki, bu namazlar ardıcıl yerinə yetirilsin.

مسئله شماره 425Müstəhazə qadının hökmləri

Qanın növündə şəkk

Məsələ 425: Qadın şəkk edərsə ki, gördüyü qan yara qanıdır, yoxsa yox, zahirən sağlamdırsa, bu qanı istihazə qanı hesab etməlidir. Amma sağlamlığı şübhəlidirsə, qan istihazə qanı sayılmır.

مسئله شماره 426 Aylıq adət (aybaşı)

Aylıq adət

Məsələ 426: Çox vaxt (aybaşı) adlanan heyiz elə bir qana deyilir ki, adətən, hər ay bir neçə gün bətndən xaric olur, nütfə formalaşdıqda bətndəki körpənin qidası olur. Heyz qanı görən qadına “haiz” deyirlər. Müqəddəs İslam şəriətində heyz qadının hökmləri var və bu barədə növbəti məsələlərdə danışılacaq.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی