مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2372İkinci qrupun irsi

Ölünün bacı və qardaşı olmazsa

Məsələ 2372: Meyitin bacı və qardaşı olmasa, onların payı övladlarına verilər. Anadanbir qardaş və bacının övladlarının payı onlar arasında bərabər bölünür. Atadanbir və ya ata-anadanbir qardaş və bacı övladlarının payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və ya ata-anadanbir qardaş övladları eyni bir qardaşdan olarsa, ehtiyat vzcib budur ki, oğul və qız arasında pay bölgüsü razılaşdırılsın.

مسئله شماره 2377İkinci qrupun irsi

Varis ər və ya arvad, ata tərəfdən baba və nənə, ana tərəfdən də baba və nənə olarsa

Məsələ 2377: Əgər varis təkcə zövcə ya ər, ata tərəfindən baba və nənə, ana tərəfindən baba və nənə olarsa, zövcə və ər gələcəkdə deyiləcək şəkildə irs götürür. Əsas malın üçdə biri ana tərəfindən baba və nənəyə verilir. Onlar bunu öz aralarında bərabər bölürlər. Qalan hissə ata tərəfindən baba və nənəyə çatır. Baba iki pay, nənə bir pay götürür.

مسئله شماره 2380Üçüncü qrupun iris

Varis yalnız bir əmi və bir bibi olarsa

Məsələ 2380: Əgər varis təkcə bir əmi və ya bir bibi olarsa, ata-anadanbir, atadanbir və anadanbir olmalarından asılı olmayaraq, bütün mal ona çatır. Əgər bir neçə əmi və bir neçə bibi olarsa, hamısı ata-anadan və ya atadanbir olduqda mal onlar arasında bərabər bölünür. Amma əgər əmi və bibi hər ikisi varsa (hər biri ata-anadan və ya atadanbirsə) əmi iki pay, bibi bir pay götürür.

مسئله شماره 2382Üçüncü qrupun iris

Varis hər iki tərəfdən əmilər və bibilər olarsa

Məsələ 2382: Əgər varis əmi və bibi olsa, bə’zisi atadanbir, bə’zisi anadanbir, bə’zisi ata-anadanbir olduqda, atadanbir əmi və bibi irs götürmür. Əgər meyitin təkcə anadanbir bir əmi və ya bir bibisi varsa, mal altı hissəyə bölünür, bir pay anadanbir əmi və ya bibiyə, qalan hissə ata-anadanbir əmi və bibiyə verilir. (Əmi iki pay, bibi bir pay götürür.) Əgər meyitin anadanbir bir neçə əmi və bibisi varsa (anadanbir iki əmi və ya iki bibi, bir əmi və bir bibi) mal üç hissəyə bölünür, iki hissə ata-anadanbir əmi və bibiyə verilir (əmi bibiyə münasibətdə iki pay götürür), bir hissə anadanbir əmi və bibiyə çatır. Vacib ehtiyat budur ki, onlar pay bölgüsündə razılaşsınlar.

مسئله شماره 2383Üçüncü qrupun iris

Varies yalnız bir dayı və ya bir xala olarsa

Məsələ 2383: Əgər varis təkcə bir dayı və ya bir xala olarsa, bütün mal ona çatır. Əgər həm dayı, həm də xala olarsa (istər ata-anadanbir, istər atadanbir, istər anadanbir olsun) mal onlar arasında bərabər bölünür. Müstəhəb ehtiyat budur ki, bir-birləri ilə razılaşsınlar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی