Daxil olmasında şəkk
Məsələ 365: Əgər sünnət həddində yaxınlıq olub-olmadığı şübhəlidirsə, qüsül vacib deyil.
Məsələ 365: Əgər sünnət həddində yaxınlıq olub-olmadığı şübhəlidirsə, qüsül vacib deyil.
Məsələ 366: Allah eləməmiş, insan heyvanla yaxınlıq edərsə və sperma xaric olarsa, cünub olar və qüsl etmək kafidir. Amma sperma xaric olmasa, vacib ehtiyata əsasən, namaz və bu kimi ibadətlər üçün həm qüsl lazımdır, həm də dəstəmaz. Amma bu işdən öncə dəstəmazı olarsa təkcə qüsl bəs edər.
Məsələ 367: Əgər sperma yerindən hərəkət edərsə amma onun qarşısı alınarsa və ya hər hansı bir səbəbdən xaric olmazsa, qüsl vacib deyil. Spermanın xaric olub-olmadığına şübhə ediləndə də qüsl vacib olmur.
Məsələ 368: Bir şəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə bilər və bu iş üçün təyəmmüm kifayat edir. Bu işin namaz vaxtından öncə və ya sonra olmasının fərqi yoxdur.
Məsələ 369: İnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu onun öz spermasıdır, qüsl verməlidir. İnsan hansı namazları cənabət halda qıldığına əmindirsə, onları təzələməlidir. Şübhəli namazları təzələməyə ehtiyac yoxdur.
Məsələ 370: Beş iş cənabətli şəxsə haramdır:1. Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və imamların adına əl vurmaq (dəstəmaz haqqında danışılarkən qeyd olunduğu kimi);2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq;3. Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub, o birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir şeyi götürmək üçün də oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən, mə’sum imamların hərəmində də dayanmaq olmaz;4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq;5. Səcdəli ayələrdən birini oxumaq. Amma səcdə ayəsi olan surələrdə səcdə ayəsindən başqa digər ayələri oxumaq olar.
Məsələ 371: Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: “Əlif, lam mim, səcdə”, 41-ci surə: “Ha, mim, səcdə”, 53-cü surə: “Ən-nəcm”, 96-cı surə: “İqrə”.
Məsələ 372: Cənabətli şəxs üçün bir neçə iş məkruhdur, yə’ni bu işləri tərk etmək yaxşıdır:1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu işlər məkruh olmaz;3. Qur’ani-kərimdən yeddi ayədən artıq ayə oxumaq. Vacib səcdəsi olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur;4. Bədənin Qur’an cildinə, onun haşiyəsinə, sətirlərinin arasına toxunmaq və Qur’an gəzdirmək;5. Dəstəmazsız yatmaq;6. Saçlara həna qoymaq və bu kimi işlər;7. Bədənə yağ və krem çəkmək;8. Sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək.
Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit namazı, şükür səcdəsi, başqasından səcdə ayəsi eşitdikdə səcdə etmək üçün cənabət qüslü vermək vacib deyil. Bu işləri cənabət halında da görmək olar. Amma yaxşı olar ki, meyyit namazı, şükür səcdəsi və bu kimi işlər üçün qüsl verilsin.
Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.
Məsələ 375: Əgər insan əmin olsa ki, namazın vaxtı daxil olub və vacib qüsl niyyət etsə, sonradan mə’lum olsa ki, namaz vaxtı çatmayıbmış, onun qüslü düzgündür. Vacib namaz niyyəti ilə qüsl verdikdən sonra vaxtın ötdüyü bilinərsə qüsl düzgündür.
Məsələ 402: Qadından xaric olan qanlardan biri “istihazə” qanı adlanır. İstihazə qanı xaric olan qadın “müstəhazə” adlanır. Əgər qadının bətnindən xaric olan qan heyiz (aybaşı), nifas, yara və ya çiban qanı deyilsə, istihazə qanıdır.