Camaat namazından ayrılmağın hokum
Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ 1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.
Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət etsin yaxud etməsin fikri ilə tərəddüddə olub və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namazın irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.
Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.
Məsələ 1252: Namazın (birinci rəkətindən əlavə) digər rəkətlərində də imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.
Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.
Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.
Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.
Məsələ 1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, vacib ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.
Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.
Məsələ 1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, mə’mum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.
Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.