مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2303And içmək

Vasvası insanın andı

Məsələ 2303: Bir şəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq andına əməl etməsə, kəffarəsi yoxdur. Vasvası adamın andı, məsələn “and olsun Allaha, indi namaza başlayıram” deməsi və vasvasılıq səbəbindən ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur.

مسئله شماره 2304And içmək

Döğru və yalan and

Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma özünü və ya müsəlman bir şəxsi zalımın şərindən qurtarmaq üçün and içə bilər. Hətta bəzən belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir. Bir mətləbi isbat etmək üçün içilən anda əməl etməmənin kəffarəsi yoxdur. Lakin bir işi etmək və yaxud tərk etmək üçün olan and, eyni zamanda andın digər şərtləri ilə olarsa ondan boyun qaçırmağın kəffarəsi vardır.

مسئله شماره 2304And içmək

Vacib, haram və məkruh andlar

Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma özünü və ya müsəlman bir şəxsi zalımın şərindən qurtarmaq üçün and içə bilər. Hətta bəzən belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir. Bir mətləbi isbat etmək üçün içilən anda əməl etməmənin kəffarəsi yoxdur. Lakin bir işi etmək və yaxud tərk etmək üçün olan and, eyni zamanda andın digər şərtləri ilə olarsa ondan boyun qaçırmağın kəffarəsi vardır.

مسئله شماره 2305Vəqfin şərtləri və hökmləri

Vəqfin xüsusiyyətləri

Məsələ 2305: Bir şəxs bir şeyi vəqf edərsə, həmin şey onun mülkündən çıxmış olur. Odur ki, nə özü, nə də başqaları həmin şeyi nə sata, nə də bağışlaya bilməz. Həmin şeydən irs də aparılmaz. Amma bə’zi hallarda bu şeyi satmaq olar.

مسئله شماره 2306Vəqfin şərtləri və hökmləri

Vəqf siğəsi

Məsələ 2306: Vəqf siğəsini ərəbcə və ya başqa bir dildə demək olar. Məsələn, “evimi filan məqsədlə vəqf edirəm” deyilsə bəs edər. Bu halda qəbula ehtiyac yoxdur. Həmin vəqf ümumi və ya xüsusi ola bilər. Amma müstəhəb ehtiyat budur ki, şər’i hakim ümumi vəqfdə və şəxslər onlara olunan vəqfdə qəbul siğəsi desinlər.

مسئله شماره 2309Vəqfin şərtləri və hökmləri

Həmişəlik vəqf

Məsələ 2309: Bir malı vəqf edən şəxs müstəhəb ehtiyat budur ki, vəqf siğəsi oxuduğu anda vəqf etmiş olsun. Amma mal həmişəlik vəqf olunmalıdır. Bir şəxs desə ki, bu malı ölümümdən sonra üçün vəqf edirəm, iradı var. Nəyisə müəyyən müddətə, məsələn, 10 illik vəqf etmək də eyiblidir. Vəqf daimi olmalı, siğə oxunduğu andan həyata keçməlidir.

مسئله شماره 2311Vəqfin şərtləri və hökmləri

Vəqf edənin şərtləri

Məsələ 2311: Vəqf edən şəxs büluğ həddinə çatmış, ağıllı, məqsədli və azad olmalıdır. Vəqf edən şəxsin öz malı üzərində istifadə haqqı olmalıdır. Səfeh, şər’i hakim tərəfindən malına qadağa qoyulmuş borclu şəxs öz malından nəisə vəqf edə bilməz.

مسئله شماره 2313Vəqfin şərtləri və hökmləri

İnsanın özünə vəqf etməsi

Məsələ 2313: Bir şəxs özünə vəqf edə bilməz. (Məsələn, bir mülkü yalnız öz istifadəsi və ya ölümündən sonra məqbərəsinə xərc üçün ayıra bilməz.) Amma özü də tələbə olan şəxs mədrəsə və ya əkin sahəsini tələbələrə vəqf edə bilər. Bu halda özü də başqaları kimi həmin vəqfdən istifadə edə bilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی