مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2295Nəzirin hökmləri və şərtləri

Nəzir deyilmiş qoyun

Məsələ 2295: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.

مسئله شماره 2298Əhdin hökmləri

Əhdə əməl etməyin vacibliyi

Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.

مسئله شماره 2298Əhdin hökmləri

Əhdin siğəsinin lazımlığı

Əhd olunmuş əməlin şəriən baxımından bəyənilmiş olması

Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.

مسئله شماره 2299Əhdin hökmləri

Əhdin kəffarəsi

Məsələ 2299: Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yə’ni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2 ay orucun 31 günü ardıcıl tutulur).

مسئله شماره 2300And içmək

And içməyin şərtləri

Məsələ 2300: Bir şəxs aşağıdakı şərtlər ödənməklə and içərsə, andına əməl etməlidir. Əks təqdirdə kəffarə ödəməsi vacibdir.1. And içən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Öz malı ilə bağlı and içən şəxs səfeh olmamalıdır. Şər’i hakim bir şəxsə malını sərf etməyi qadağan edərsə, həmin şəxs malı ilə bağlı and içə bilməz. And məqsədli və könüllü olmalıdır. Bu səbəbdən də uşağın, ağılsız şəxsin və məcbur edilənin andı düzgün sayılmır. Bir şəxs əsəbləşərək istəksiz və məqsədsiz and içərsə düzgün deyil.2. Andda nəzərdə tutulan iş haram və məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etməklə bağlı and içmək olmaz. Mübah bir işi yerinə yetirməklə bağlı and içilərsə, bu işin tərk edilməsi yerinə yetirilməsindən üstün sayılmamalıdır. Eləcə də mübah bir işi tərk etməklə bağlı and içildikdə həmin işin yerinə yetirilməsi tərk olunmasından üstün sayılmamalıdır.3. Allahın adlarından birinə and içmək olar. Bu ad təkcə Allaha məxsus “Allah” adı və ya başqa ünvanlara da işlənən adlardan ola bilər. Sadəcə deyiləndən mə’lum olmalıdır ki, nəzərdə Allah tutulub. Amma bir şəxs Allahı nəzərdə tutmadan and içdikdə onun Allaha and içdiyi düşünülərsə, vacib ehtiyata əsasən, həmin anda əməl etməlidir.4. And dilə gətirilməlidir.Andı qəlbdən keçirmək bəs etmir.Yazı ilə anda vacib ehtiyata əsasən əməl olunmalıdır.Amma lal adam işarə ilə and içə bilər.5.Anda əməl etmək onun üçün mümkün olmalıdır.Odur ki,əgər and içdiyi zaman onun üçün mümkün və sonradan aciz olarsa və yaxud məşəqqətə düşərsə bu hal onda yaranandan onun amdı pozulmuş sayılıacaqdır.

مسئله شماره 2301And içmək

Ər öz arvadının and içməsinə mane olarsa

Məsələ 2301: Əgər ata övladına(yaşından aslı olmayaraq)and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.

مسئله شماره 2301And içmək

Ata maneçilik edən halda oğulun and içməsi

Məsələ 2301: Əgər ata övladına(yaşından aslı olmayaraq)and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.

مسئله شماره 2302And içmək

Andın kəffarəsi

Məsələ 2302: Bir şəxs bilərəkdən andını pozarsa kəffarə verməlidir. Andı pozmağın kəffarəsi 10 yoxsulu doyurmaq və ya onlara libas vermək və yaxud bir qul da azad etməkdir (Yaşadığımız zamanda qul azad etmək heç bir məna daşamadığına görə iki işin arasında ixtiyar sahibidir). Bu kəffarələri yerinə yetirməyə qadir olmasa 3 gün oruc tutmalıdır. (Müstəhəb ehtiyata görə bu üç gün ardıcıl olmalıdır.)

مسئله شماره 2303And içmək

Zərurət halında anda əməl etməmək

Məsələ 2303: Bir şəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq andına əməl etməsə, kəffarəsi yoxdur. Vasvası adamın andı, məsələn “and olsun Allaha, indi namaza başlayıram” deməsi və vasvasılıq səbəbindən ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی