مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 369

Öz paltarında sperma görmək

Məsələ 369: İnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu onun öz spermasıdır, qüsl verməlidir. İnsan hansı namazları cənabət halda qıldığına əmindirsə, onları təzələməlidir. Şübhəli namazları təzələməyə ehtiyac yoxdur.

مسئله شماره 370

Cunub olana beş iş haramdır

Məsələ 370: Beş iş cənabətli şəxsə haramdır:1. Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və imamların adına əl vurmaq (dəstəmaz haqqında danışılarkən qeyd olunduğu kimi);2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq;3. Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub, o birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir şeyi götürmək üçün də oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən, mə’sum imamların hərəmində də dayanmaq olmaz;4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq;5. Səcdəli ayələrdən birini oxumaq. Amma səcdə ayəsi olan surələrdə səcdə ayəsindən başqa digər ayələri oxumaq olar.Məsələ 371: Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: “Əlif, lam mim, səcdə”, 41-ci surə: “Ha, mim, səcdə”, 53-cü surə: “Ən-nəcm”, 96-cı surə: “İqrə”.

مسئله شماره 371

Vacib səcdəsi olan surələr

مسئله شماره 372

Cunub olana məkruh olan işlər

Məsələ 372: Cənabətli şəxs üçün bir neçə iş məkruhdur, yə’ni bu işləri tərk etmək yaxşıdır:1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu işlər məkruh olmaz;3. Qur’ani-kərimdən yeddi ayədən artıq ayə oxumaq. Vacib səcdəsi olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur;4. Bədənin Qur’an cildinə, onun haşiyəsinə, sətirlərinin arasına toxunmaq və Qur’an gəzdirmək;5. Dəstəmazsız yatmaq;6. Saçlara həna qoymaq və bu kimi işlər;7. Bədənə yağ və krem çəkmək;8. Sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək.

مسئله شماره 373

Cənabət qüslü vacib namaz və bu kimi əməllər üçün vacib olur

Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit namazı, şükür səcdəsi, başqasından səcdə ayəsi eşitdikdə səcdə etmək üçün cənabət qüslü vermək vacib deyil. Bu işləri cənabət halında da görmək olar. Amma yaxşı olar ki, meyyit namazı, şükür səcdəsi və bu kimi işlər üçün qüsl verilsin.

مسئله شماره 374

Vacib və müstəhəb qüslün niyyəti

Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.

مسئله شماره 402

İstihazə nə deməkdir

Məsələ 402: Qadından xaric olan qanlardan biri “istihazə” qanı adlanır. İstihazə qanı xaric olan qadın “müstəhazə” adlanır. Əgər qadının bətnindən xaric olan qan heyiz (aybaşı), nifas, yara və ya çiban qanı deyilsə, istihazə qanıdır.

مسئله شماره 403

İstihazə qanının əlamətləri

Məsələ 403: İstihazə qanı adətən açıq rəngli, soyuq və duru olur. Bu qanın təzyiqi və yandırıcılığı olmur. Amma istihazə qanı bə’zən tünd və ya qırmızı, isti və qatı ola bilər. Onun təzyiq və yandırıcılıqla xaric olması mümkündür.

مسئله شماره 404

İstihazənin qisimləri

Məsələ 404: İstihazənin iki növü var: Qəlilə” və “kəsirə”. Qəlilə istihazədə qadın pambığı özünə daxil etdikdə qan onu bulaşdırır, amma o biri tərəfindən xaric olmur. Qanın pambığa nüfuz edib, etməməsinin fərqi yoxdur. Kəsirə istihazə odur ki, qan pambığa hopub o biri tərəfə keçsin və axsın.

مسئله شماره 405Müstəhazə qadının hökmləri

Müstəhazə qadının hökmləri

Məsələ 405: Qəlilə istihazə halında qadın hər namaz üçün vacib ehtiyata əsasən, dəstəmaz almalıdır. Vacibdir ki, qanın o biri üzvlərə sirayat etməsinin qarşısı alınsın. Amma pambıq və ya parçanı dəyişmək vacib deyil. Amma müstəhəb ehtiyatə əsasən bu işi görmək yaxşıdır. Kəsirə istihazə halında olan qadın üç qüsl verməlidir: Sübh namazı üçün, gunorta və ikindi namazları üçün, şam və xiftən namazları üçün. Müstəhəb ehtiyat budur ki, qüsüldən öncə və ya sonra hər namaz üçün dəstəmaz alsın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی