مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 329

Dalbadal sidiyi axanların vaxt dar olarkən vəzifələri

Məsələ 329: Əgər dəstəmaz və namaz miqdarında möhlət olmasa, amma namaz gedişində bir neçə dəfə sidik və nəcis xaric olsa, həmin şəxs hər dəfə dəstəmaz almaq istəsə eybi yoxdur. Bu halda vacib ehtiyata əsasən, yanına su qabı qoymalı və hər dəfə sidik və ya nəcis xaric olduqda dəstəmaz almalıdır. Sonra namazın qalan hissəsini qıla bilər. Amma sidik və nəcis tez-tez xaric olarsa və insan üçün hər dəfə dəstəmaz almaq çətinlik törədərsə, bir dəfə dəstəmaz alması bəs edər.

مسئله شماره 330

Davamlı sidiyi axanların dəstəmazla bağlı vəzifəsi

Məsələ 330: Sidik və nəcis tez-tez xaric olduqda və hər dəfə dəstəmaz almağa imkan olmadıqda, bir dəstəmazla həm günorta, həm də ikindi namazlarını qılmaq olar. Ehtiyat müstəhəbbə əsasən, hər namaz üçün bir dəstəmaz almaq yaxşıdır.

مسئله شماره 332

Havasını saxlaya bilməyənlər

Məsələ 332: Əgər bir şəxs xəstəlik səbəbindən bağırsaq yelinin qarşısını ala bilmirsə, sidik və nəcisin qarşısını ala bilməyənlərin vəzifəsinə əməl etməlidir.

مسئله شماره 333

Dəstəmazla namaz arasında fasilə salmaq

Məsələ 333: Bir insandan sidik və nəcis ardıcıl şəkildə xaric olursa, bu şəxs hər dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Belə bir şəxs ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd üçün dəstəmaz almaya bilər. Bir şərtlə ki, namazla bu işlər arasında fasilə buraxmasın.

مسئله شماره 334

Digər üzvlərin nəcis olmasının qarşısını almaq

Məsələ 334: Bir şəxsdən ixtiyarsız olaraq sidik və nəcis xaric olursa, namazda bədənini bulaşıqlıqlardan qorumaq üçün parçadan istifadə etməlidir. Ehtiyat vacibə əsasən, hər namazdan öncə sidik və nəcis çıxacağını suya çəkməlidir.

مسئله شماره 336

Davamlı şəkildə sidik və nəcisi axanların namazlarının qəzası

Məsələ 336: Belə bir xəstəliyə düçar olan şəxs sağaldıqdan sonra xəstəlik zamanı yuxarıda göstərilən qaydada qıldığı namazları yenidən qılması lazım deyildir. Amma namazın vaxtı ötməmiş sağalarsa, vacib ehtiyata əsasən, namazı(ehtiyat vacibə əsasən) təzələməlidir.

مسئله شماره 328Sidik və nəcisin mütəmadi axması

Namaz vaxtı sona çatmamış namaz üçün fürsət yaranacağını bilənlərin vəzifəsi

Məsələ 328: Əgər insanda elə bir xəstəlik varsa ki, sidik damla-damla xaric olsun və ya nəcisin qabağını saxlaya bilməsin, namazın son vaxtınadək dəstəmaz və namaz üçün möhlət tapacağını bilsə, namazı həmin vaxt qılmalıdır. Belə bir şəxs namazın vacib hissələri ilə kifayatlənməli, möhlət olmadıqda azan, iqamə və qunutu tərk etməlidir.

مسئله شماره 329Sidik və nəcisin mütəmadi axması

Dalbadal sidiyi axanların vaxt dar olarkən vəzifələri

Məsələ 329: Əgər dəstəmaz və namaz miqdarında möhlət olmasa, amma namaz gedişində bir neçə dəfə sidik və nəcis xaric olsa, həmin şəxs hər dəfə dəstəmaz almaq istəsə eybi yoxdur. Bu halda vacib ehtiyata əsasən, yanına su qabı qoymalı və hər dəfə sidik və ya nəcis xaric olduqda dəstəmaz almalıdır. Sonra namazın qalan hissəsini qıla bilər. Amma sidik və nəcis tez-tez xaric olarsa və insan üçün hər dəfə dəstəmaz almaq çətinlik törədərsə, bir dəfə dəstəmaz alması bəs edər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی