Biri digərinin rütubətindən istifadə edən iki qonşu əkin sahəsi
Məsələ 1606: Əgər bir tarlanı quyu suyu ilə suvarsalar və onunla yanaşı olan tarla onun rütubətindən istifadə edib, yenidən suvarılmasına ehtiyacı olmasa, quyu suyu ilə suvarılan tarlanın zəkatı iyirmidə bir və onunla yanaşı olan tarlanın zəkatı onda biri qədərdir.