مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 43Ümumi aktual məsələlər

İslami hicabın necəliyi

43. İslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz və əldən savayı bütün bədən örtülsün. Amma bədəni örtsə belə, zinətli libaslar geymək olmaz.

مسئله شماره 44Ümumi aktual məsələlər

Hüquqi şəxslərlə ticarət

44. Həm həqiqi, həm də hüquqi şəxslər mülk sahibi ola bilər. Onların müamilədə tərəf olması qanunidir. Demək, hüquqi şəxs sayılan müəssisələr bə’zilərdən, yə’ni həqiqi şəxslərdən fərqlənmir.

مسئله شماره 47Ümumi aktual məsələlər

Qan və bədən üzvlərinin alğı-satqısı

47. Xəstənin həyatını xilas etmək üçün qan alış-verişi halaldır. Amma bədən üzvlərinin köçürülməsində, məsələn, böyrək köçürülməsində müstəhəb ehtiyat budur ki, bədən üzvünə görə yox, onu dəyişməyə icazə üçün pul alınsın. Bu iş o zaman caiz sayılır ki, bədən üzvünü verən şəxs üçün təhlükə olmasın.

مسئله شماره 49Ümumi aktual məsələlər

İslam ölkələrinin müdafiəsi

49. İslam məmləkətlərinin müdafiəsi vacibdir. Məmləkətin müdafiəsinə qalxmaq təkcə həmin ölkədə yaşayan müsəlmanlara aid deyil. Əgər hər hansı müsəlman ölkəsi və ya müqəddəsliyə hücum edilmişsə, bütün dünya müsəlmanlarına vacibdir ki, müdafiəyə qalxsınlar.

مسئله شماره 2351Vəsiyyətin hökmləri

Vəsiyyət olunmuş şəxs vəsiyyət edəndən qabaq vəfat edərsə

Məsələ 2351: Bir şəxs müəyyən malı müəyyən şəxsə verməyi vəsiyyət etsə və həmin şəxs qəbul, ya rədd etməmiş dünyasını dəyişsə, onun varisləri veriləni qəbul edə bilər. Bu şəxsin vəsiyyət edən şəxsdən öncə və ya sonra dünyasını dəyişməsi şərt deyil. Bir şərtlə ki, vəsiyyət edən şəxs vəsiyyətini dəyişməmiş olsun.

مسئله شماره 2378İkinci qrupun irsi

Varis ana tərəfindən baba və ya nənə və ana tərəfindən qardaşlar olarsa

Məsələ 2378: Əgər varis ana tərəfindən baba və ya nənə (ya da hər ikisi), ana tərəfindən qardaşlar olarsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar malı öz aralarında bərabər bölürlər. Əgər varis ata tərəfindən baba və nənə, atadanbir (ya ata-anadanbir) qardaşlar olsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar irsi öz aralarında bərabər bölürlər. Kişi iki pay, qadın bir pay götürür.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی