Sığorta əqdinin siğəsi
Məsələ 2440: Sığorta əqdi siğəsini istənilən bir dildə oxumaq olar. Sığorta müqaviləsi yazılıb imzalana bilər.
Məsələ 2440: Sığorta əqdi siğəsini istənilən bir dildə oxumaq olar. Sığorta müqaviləsi yazılıb imzalana bilər.
Məsələ 2441:Zəruri hallarda tibbi vasitələrlə kişinin spermasını onun zövcəsinin bətninə köçürmək olar. Amma bu işdə müqəddimələr şər’i və halal olmalıdır, haramdan çəkinmək zəruridir.
Məsələ 2442: Kişinin sperması zövcəsinin bətninə köçürüldüyü zaman (halal və ya haram müqəddimələrlə) doğulan uşaq halalzadə sayılır. Bu uşaq həmin kişi və qadının uşağıdır. Ona bütün övlad hökmləri tətbiq edilir. (İrs, nəfəqə və s.)
Məsələ 2443: Naməhrəm kişinin spermasını qadının bətninə köçürmək olmaz. Bu işdə qadın və ya onun ərinin icazəsi şərt deyil. Belə bir iş görülsə və uşaq doğulsa, iş şübhəli vəziyyətdə həyata keçmişsə (kişi güman etmişsə ki, öz zövcəsidir və qadın güman etmişsə ki, öz ərinin spermasıdır və sonradan mə’lum olmuşsa ki, belə deyil) uşaq həmin kişi və qadınınkı sayılır və bütün övladlıq haqlarından faydalanır. Amma bu iş bilərəkdən görülsə, doğulan uşaq onların övladı sayılmır, irs və bu kimi haqlardan faydalanmır. Amma doğulan uşaq sperma sahibi, qadın və onun yaxınları ilə məhrəmlik haqlarına malik olur.Qeyd etmək lazımdır ki,başqa bir qadının toxumluğunu həmsərə köçürmənin zərurət halında heç bir manesi yoxdur.Zərurət halında Əvəzedici anadan istifadə edərək qadın və kişinin nütfəsini qarşıq vəziyyətdə rəhmdən kənarda yerləşdirməyin də manesi yoxdur.Bu işdə adətən şəri olmayan toxunma və tamas olduğu üçün yalnız zərurət halında mümkündür.
Məsələ 2444: Ürəyin, böyrəyin, bədən üzvlərinin köçürülməsi mümkündür. Bu üzvlər diri və ölü şəxsdən götürülə bilər. Meyitin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman meyitin orqanını o vaxt götürmək olar ki, başqa bir müsəlmanın həyatı bundan asılı olsun. Hər halda vacib ehtiyata əsasən müsəlman meyitdən götürülən üzvün diyəsini fiqh kitablarında göstərildiyi qaydada ödəmək lazımdır.
Məsələ 2445: Əgər bir şəxs həyatda olduğu vaxt orqanlarından istifadə üçün icazə versə və ya öldükdən sonra onun qəyyumları belə bir icazə versə, diyə və digər hökmlər dəyişmir və vacib ehtiyat budur ki, istənilən bir halda diyə ödənsin.
Məsələ 2446: Sağlam insanın bədən üzvünü götürüb başqa bir insana köçürmək, məsələn, iki böyrəyi olan şəxsin bir böyrəyini böyrəyi fəaliyyətdən düşmüş insana köçürmək orqan sahibinin razılığı ilə mümkündür. Amma böyrəyi götürülənin həyatı üçün təhlükə yaranmamalıdır. Vacib ehtiyat budur ki, pul aldıqda üzvün özünə görə yox, onun götürülməsinə icazə müqabilində alsın.
Məsələ 2447: Müalicə, əməliyyat və ya həyatı qorumaq məqsədi ilə bir insanın qanını o birinə köçürmək olar. Bu qanın müsəlman və ya kafir, kişi və ya qadın qanı olmasının fərqi yoxdur. Bu məqsədlə qan alış-verişinin eybi yoxdur.
Məsələ 2448: Ölüdən və ya diridən hər hansı orqanı götürsələr və digər bir şəxsə köçürsələr bu orqan murdar və meyit sayılmır və onunla namaz qılmaq olar.
Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə şərt ödəndikdə yarmaq olar:1. Bu işdə məqsəd müsəlmanların qurtuluşu məqsədi ilə tibbi mə’lumatlar əldə edilməsi olmalıdır. Belə ki, meyiti yarmadan bu mə’lumatları əldə etmək mümkün olmasın;2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın;3. Ehtiyac həddi ilə kifayətlənmək lazımdır. Deyilən şəraitdə meyitin yarılması hətta vacibdir. Qeyri-müsəlman meyitini yarmaq üçün isə bu şərtlər ödənməyə də bilər.